Anar Novruzov — Vikipediya

Anar Novruzov
Şəxsi məlumatlar
Ləqəbi Akula
Doğum tarixi 12 may 1976(1976-05-12)
Doğum yeri
Vəfat tarixi 14 iyul 2020(2020-07-14) (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Nazilə Novruzova
Uşağı 2
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1994–2020
Rütbəsi Mayor
Döyüşlər Qarabağ müharibəsi
 • 2008 Ağdərə toqquşması
 • Aprel döyüşləri
 • Tovuz döyüşləri
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı

Anar Gülverdi oğlu Novruzov (12 may 1976, Ərkivan, Masallı rayonu14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur.[2] Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar — özü, Sucəddin, Nəfisə, Nurcahan, Gülcahan, Hidayət, Gülşən, Sevanə, Tünzalə və Səbahət.[3]

Təhsili[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.

Anar Novruzov xidmətinin ilk illərində

Ailəsi[redaktə | mənbəni redaktə et]

Anar Novruzov 2003-cü ildən Nazilə xanımla ailəli idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona "Akula" ləqəbi verilmişdir.

2008 Ağdərə toqquşması[redaktə | mənbəni redaktə et]

2008-ci ilin 4 mart tarixində başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərAğdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi tarixinə 2008 Ağdərə toqquşması kimi yazılmışdır. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan Ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi. İstifadə etdiyi bu qumbaraatandan atdığı sərrast atışlara görə "AQS-17 silahının atası" adını qazanmışdı.[3] Toqquşmaların nəticəsində başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və qarşı tərəfin 12 əsgəri məhv edilmişdir. Cəbhə xəttində önəmli bir dəyişiklik, strateji mövqelərin, postların təmizlənməsi kimi bir hadisə baş verməmişdir.

Aprel döyüşləri[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası almışdı. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Bu döyüşlərdən 2 il sonra öz xahişi ilə yenidən ön cəbhəyə qayıdan Novruzov ömrünün sonuna qədər cəbhədə xidmətini davam etdirmişdir. Xidmət müddətində siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.[2] 26 ildən artıq hərb sahəsində çalışan mayor Novruzov Türkiyədə peşəkar təlimdən də keçmişdir.

Anar Novruzov iş otağında

Tovuz döyüşləri[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Tovuz döyüşləri

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.[4] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.[5] Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.[5][6] Anar Novruzov bu döyüşlər zamanı Qazaxda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi, səhhətindəki problemlərə görə hospitalda müalicə alırdı, lakin öz arzusu ilə və general-mayor Polad Həşimovun təlimatı ilə səhhətindəki problemlərə baxmayaraq iki AQS-17 silahı ilə kəşfiyyatçı kimi döyüşlərdə iştirak etməyə başlamışdı.[3] İstifadə etdiyi silahlarla qarşı tərəfin bir çox zabitini məhv etmişdi.

Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Həmin an onunla birgə olan general-mayor Polad Həşimov və bir çox zabit-əsgər heyəti şəhid olmuşdur.[7]

İyulun 14-də Anar Novruzov, doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Təpə" qəbiristanlığında, Seyid Sadiq Ağa məqbərəsinin yerləşdiyi yerin yaxınlığında torpağa tapşırıldı.[8] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Masallı rayonunun icra başçısı Şahin Məmmədov qatıldı.[1] Şəhidin cənazəsini qarşılamaq üçün ən azı 20 minə qədər rayon sakini yollara çıxaraq ehtiramlarını bildirib.[9]

Anar Novruzovun məzarı
" Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq.
Anar Novruzov
"

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[10][11]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2020-ci ildə Masallı rayon onbirillik incəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi Ehtiram Məmmədov Anar Novruzovun rəsmini çəkmişdir.[12]

2020-ci ildə Masallı rayonunun Qasımlı kəndindən olan gənc heykəltaraş qardaşlar — Akşin və Müstəqil Balayevlər Anar Novruzovun büstünü hazırlamışlar.[13][14]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Masallı şəhid mayor Anar Novruzovu torpağa tapşırdı". www.masalli-ih.go.az (Masallı RİH rəsmi saytı) (az.)). 14.07.2020. 2020-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  2. 1 2 Akif Ağayev. "CƏNNƏTDƏ 40-CI GÜN - Şəhid mayor Anar Novruzovun xatirəsinə". www.azpost.info. 29.08.2020. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.
  3. 1 2 3 Akif Ağayev. "Akif Ağayev - CƏNNƏTDƏ QIRXINCI GÜN". www.canveten.az (az.). 29.08.2020. İstifadə tarixi: 28.03.2021.
  4. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi) (az.). 12.07.2020. 04.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  5. 1 2 Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "İtgi verən düşmən geri oturdulub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi) (az.). 12.07.2020. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  6. Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "Düşmən hücumunun qarşısı alınan zaman hərbi qulluqçularımız şəhid olub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi) (az.). 12.07.2020. 04.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.
  7. "Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliti) (az.). 14.07.2020. 04.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  8. "Şəhid Anar Novruzov dəfn olundu - YENİLƏNİB". www.report.az (Report İnformasiya Agentliyi) (az.)). 15.07.2020. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
  9. "Şəhid Anar Novruzov dəfn olundu - FOTOLAR". www.ordu.az (az.)). 14.07.2020. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
  10. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  11. Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
  12. ""Şəhid mayor Anar Novruzov" rəsmi". www.facebook.com (Facebook portalı / "Bakı Xətai Sənət Mərkəzi" səhifəsi) (az.). 14.07.2020. İstifadə tarixi: 31.03.2021.
  13. Hacı Zeynalov. "Gənc heykəltaraş qardaşlar şəhidimizə heykəl hazırladılar – Foto". www.teleqraf.com (az.). 13.08.2020. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
  14. "Gənc heykəltaraş qardaşlar şəhidimizə heykəl hazırladılar – Foto". www.aqreqator.az (az.). 13.08.2020. İstifadə tarixi: 31.03.2021.
  15. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.