Anar Heybətov — Vikipediya

Anar Heybətov
Anar Mithət oğlu Heybətov
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
IMDb ID3107875

Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Həyatı[redaktə | mənbəni redaktə et]

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 1 may 2017-ci ildə[2], 9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4], 7 may 2021-ci ildə[5], 10 may 2022-ci ildə[6] və 6 may 2023-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.

Teatrdakı rolları[redaktə | mənbəni redaktə et]

  1. Mənim ərim dəlidir – Cangüdən
  2. "Lənkəran xanının vəziri" — Əziz ağa
  3. Rəqabət – Qaçay
  4. Hərənin öz payı – Meyxanaçı Ələkbər
  5. Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz
  6. Varlı qadın – Qara
  7. Hamlet – Laert
  8. Kaş araba aşmayaydı – Buxuti
  9. Mesenat – Zeynal bəy Səlimxanov
  10. Xurşidbanu Natəvan – Daşdəmir
  11. İmzanın hökmü (Muradın Kələkləri) – Murad
  12. Körpüdən mənzərə — Rudolfo
  13. "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy
  14. "Oğru cənnətdə" — Vinçenso De Pretore
  15. "Qarabağnamə" — Hüseynqulu xan
  16. "On ikinci gecə" — Sebestyan
  17. "Anamın kitabı" — Aslan bəy
  18. "Şekspir" — Drob 13
  19. "Şah Qacar" — Cəfərqulu xan
  20. "Əmir Teymur" — Orxan
  21. "Silindr" — Rodolfo
  22. "Ölülər" — İsgəndər
  23. "Buratino" — Bazilio
  24. "Ah bu uzun sevda yolu" — Mikayıl Müşfiq
  25. "Zəfər yolu" — Zəfər
  26. "Xurşidbanu Natəvan" — Knyaz Xasay

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ünvansız qız (film, 1999)
  2. Bəyaz Həyat-Murad
  3. Olacağa Çarə Yoxdur–Bəhlul
  4. Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)- rol: Anar
  5. Sonuncu şahid (film, 2004)–Mikayıl
  6. Kişiləri qoruyun (film, 2006)–Orxan
  7. Cavid ömrü (film, 2007)
  8. Ayrılıq imiş (film, 2008)
  9. Qaydasız döyüş (film, 2009)
  10. Dronqo (serial, 2002) (Rusiya serialı)–Ramazan
  11. Qeyri-adi müştəri–oğlan
  12. Qara pişik–musiqiçi
  13. Yaddaş (film, 2010)
  14. Dolu (film, 2012)
  15. Pərvanələrin rəqsi (serial, 2012)
  16. Tufanlı səma (serial, 2015)
  17. Səni ürəyim sevdi (serial)
  18. Sən olmadaydın-qisas (serial 2016)- Fuad
  19. Bir Qadın(serial,2020)-Davud

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]