Ananas — Vikipediya

Ananas
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ananas (lat. Ananas) – bromeliyakimilər fəsiləsinə aid olan çoxillik ot bitki cinsi. Vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır. Yarpaqlarından qiymətli əyirici lif alınır. Qoltuq tumurcuqlarından alınan zoğlarla çoxalır. Tropik ölkələrdə qədimdən becərilir. Əsas sortları Kayenna, Kuin, qırmızı İspaniya ananası (süfrə sortu), Santo-Dominqodur (konservlik).[3]

Növləri[redaktə | mənbəni redaktə et]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://inpn.mnhn.fr/espece/cd_nom/447782/tab/taxo.
  2. https://www.aujardin.info/plantes/ananas_comosus.php.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 475 – 476. ISBN 978-9952-441-02-4.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]