Amitoz — Vikipediya

Amitoz — bölünmə hüceyrə bölünmələr arasında enerji sərfinə görə ən səmərəli bölünmə üsulu hesab olunur. Mitoz bölünmədən fərqli olaraq, burada bölünmə vətərlərinin yaranması, xromosomların spiral halında burularaq yoğunlaşması, nüvə pərdəsinin itməsi kimi hallar müşahidə olunmur. Xromosomlarda qısalma və yoğunlaşma baş vermədiyi üçün onlar işıq mikroskopu altında görünmürlər. Amitoz bölünmə zamanı hüceyrə enerjisi bəzi hallarda yalnız DNT-nin ikiləşməsinə kifayət edir. DNT-nin bu cür bir neçə dəfə ikiləşməsi nəticəsində bəzən nəhəng xromosomlar yaranır. Əksər hallarda isə hüceyrə enerjisi DNT-nin ikiləşməsi ilə bərabər, həm də nüvənin bölünmısinı kifayət edir, sitoplazma isə bölünə bilmir. Belə bölünmələr adətən çoxnüvəliklə nəticələnir. Amitoz bölünmənin bəzi formalarında isə nüvə bölünməsindən sonra sitoplazma da bölünə bilir və DNT ilə bərabər digər hüceyrə kompenentlərinin qız hüceyrələr arasında müstəqil paylanması baş verir. Bu zaman əvvəl nüvə, sonra isə sitoplazma ortadan ikiyə bölünür. Əgər irsi məlumatlar və hüceyrə kompenentləri qız hüceyrələr arasında qeyri-bərabər paylanarsa, bu adətən hüceyrənin məhvi ilə nəticələnir. Amitoz bölünməyə birhüceyrəli orqanizmlərdə (məsələn, infuzorların böyük nüvəsi bu üsulla bölünür), bəzi yüksək dərəcədə ixtisaslaşmış txuma hüceyrələrində iltihab və regenerasiya proseslərində, həmçinin xəstə və qoca hüceyrələrdə rast gəlinir. Amitozu kartofun inkşaf edən kartof yumrusunda, endospermdə, dişiciyin yumurtalıq divarında, yarpaq sapağının prenxim hüceyrələrində, qaraciyər, dalaq, gözün boynuz qişası və döl qişası hüceyrələrində müşahidə edilir. Amitozdan sonra hüceyrə Mitoz yolla bölünə bilmir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

11-ci sinif biologiya kitabı səh. 6 (Bakınəşr 2005)