Amerika (toponim) — Vikipediya

AmerikaQərb yarımkürəsində qitə. O, ŞimaliCənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Valdzemüllerin Dünya Xəritəsi (Almaniya, 1507). Bu xəritə Amerika terminindən istifadə edən ilk xəritədir (Aşağı sol hissədə, Cənubi Amerikada).[1]

Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir. İngilis və Azərbaycan dillərində Amerika adı çox zaman Amerika Birləşmiş Ştatlarına da aid edilir.[2]

Erkən istifadəsi[redaktə | mənbəni redaktə et]

Amerika adının bizə məlum olan ilk istifadəsi 25 aprel 1507-ci ildə olmuşdur. Bu ad indiki Cənubi Amerikaya aid edilib.[1] Ad on iki saat qurşağına malik kiçik bir qlobusda və hazırlanmış ən böyük dünya xəritəsində görünür. Bu xəritələrin hər ikisi də Almaniya kartoqrafı Martin Valdzemüller tərəfindən Fransanın Sen-Dye-de-Voj şəhərində hazırlanmışdır.[3] Bunlar Amerikanı Asiyadan ayrı bir torpaq sahəsi olaraq göstərən ilk xəritələr idi. Bu xəritələrin bələdçi kitabçası – Matias Rinqmann tərəfindən yazılan "Cosmographiae Introductio"da "mən bu hissəni Cənubi Amerika belə adlandırmaq hüququna kimin malik olduğunu bilmirəm, savadlı bir insan olan Ameriqo onu kəşf edəndən sonra ora Ameriqen və ya Amerika, yəni Ameriqonun torpağı adlandırılmışdır. Axı həm Avropa, həm də Asiya adını bir qadından alıb" yazılır.[4]

Ameriqo Vespuççi[redaktə | mənbəni redaktə et]

İtaliya səyyahı Ameriqo Vespuççinin portreti.

Ameriqo (Ameriko) Vespuççi (d. 9 mart 1454 — ö. 22 fevral 1512) florensiyalı səyyah, sərmayədar, şturman və kartoqraf idi. O, indiki BraziliyaKarib adalarının Asiyadan ayrı olduğunu irəli sürən ilk a avropalı olmuşdur.[5]

"Americus Vesputius" İtaliya səyyahı Ameriqo Vespuççinin latınlaşdırılmış adı idi. Onun adı (Ameriqo) orta əsr latın adı olan "Emericus"un italyanlaşdırılmış forması idi. Ad german "Amalric" və "Emmerich" adlarından, onlar isə pragerman *amal ("canıbərklik, igidlik") və ya *heim ("ev") + *rik ("hökmdar") söz birləşməsindən törəmişdir.[6]

Ehtimal olunur ki, Vespuççi bu yeni torpaq sahəsinin onun adını daşımasından xəbərdar deyildi. Bunun səbəbi, Martin Valdzemüller xəritələrinin onun ölümündən bir neçə il sonra İspaniyaya çatması idi.[4] Vespuççinin Karib adalarının Asiyadan ayrı olması ideyasına inandığı naməlumdur. Buna görə də bəzi tarixşünaslar Vespuççinin Xristofor Kolumb kimi Karib adalarının Asiyanın bir parçası olduğuna inandığını irəli sürürlər.[7] İspaniya hakimiyyəti ilk iki əsrdə qitənin Amerika adlandırılması təklifini rədd etmişdir. Onlar qitəni Kolumbun şərəfinə adlandırmaq arzusunda idilər. Amerika adının istifadə edilməsi flamand kartoqrafı və coğrafiyaşünası Gerard Merkatorun (5 mart 1512–2 dekabr 1594) 1538-ci ildə hazırladığı xəritədə Yeni dünyanı Amerika adlandırması ilə bərpa edilmişdir. Bəzi tarixşünaslar Amerika adının qəbul edilməsinə Amerika adının Asiya, Afrika və Avropa adları ilə "təbii şairanə uyğunlaşma"nın təsir göstərdiyinə inanırlar.[4]

Dağ silsiləsi[redaktə | mənbəni redaktə et]

1875-ci ildə fransız əsilli ABŞ geoloqu Jül Marko Amerika adının indiki Nikaraquada yerləşən "Ammerike" dağ silsiləsinin şərəfinə adlandırıldığını irəli sürmüşdür. Ammerika yerli xalqların dillərində mövcud olan bir sözdür.[8] Regionun yerliləri bu sözü Kolumb və onun heyətinin üzvləri ilə paylaşmışdır.[9] O, Amerikaya olan dördüncü səfərində dağ silsiləsinin yaxınlıqlarında sahilə yanaşmışdır. Amerika adı Avropada şifahi amillərə görə tezliklə yayılmışdır. Valdzemüllerin əsərində qitənin belə adlandırılması barədə də çoxlu düşüncələr var. "Cosmographiae Introductio" kitabındakı baptizmal girişdə adətən müəllifin qitəni Vespuççinin şərəfinə adlandırdığını yazdığı hesab edilir. Buna baxmayaraq, etimoloq Coy Ri o hissənin bir açıqlama olduğunu və müəllifin bir çox insanın qitəni Amerika adlandırıldığını eşitdiyi yazıldığını irəli sürmüşdür.[10]

Bu nəzəriyyənin müdafiəçilərinin verdiyi səbəblər arasında "yer adlarının yazılı yol ilə yox, şifahi yol ilə yaranması faktı" var.[10][11] Buna əlavə olaraq, Valdzemüller torpaq sahələrinə ad vermə səlahiyyətinə malik deyildi. Bu imtiyaz monarxlara, bəzən də səyyahlara verilirdi.[12]

Yerli adlar[redaktə | mənbəni redaktə et]

Qitənin avropalı bir müstəmləkəçinin şərəfinə adlandırılması bəzi mülki cəmiyyət qrupları tərəfindən problem hesab edilir. 1977-ci ildə Dünya Yerli Xalqlar Şurası "Amerika" yerinə "Abya Yala" terminindən istifadə etmək təklifini irəli sürmüşdür. Bundan başqa digər yerli dillərdə də Amerika qitəsi üçün alternativ adlar mövcuddur.[13]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Universalis cosmographia secundum Ptholomaei traditionem et Americi Vespucii alioru[m]que lustrationes". memory.loc.gov. 9 yanvar 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  2. Makartur, Tom. The Oxford Companion to the English Language. Nyu-York: Oxford University Press. 1992. səh. 33. ISBN 0-19-214183-X
  3. Martin Valdzemüller. "Universalis cosmographia secundum Ptholomaei traditionem et Americi Vespucii alioru[m]que lustrationes". Vaşinqton şəhəri: Library of Congress. LCCN 2003626426. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  4. 4,0 4,1 4,2 Tobi Lester, Desember. "Putting America on the Map". 40. Smithsonian. 2009: 9.
  5. ""Yeni Dünya"nı kəşf edən Ameriqo Vespuççi". deyerler.org. 9 mart 2011. 11 mart 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  6. Harrison, Henri. Surnames of the United Kingdom: A Concise Etymological Dictionary (ingilis). Genealogical Publishing Com. 8 fevral 2018. ISBN 9780806301716. 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  7. "UK | Magazine | The map that changed the world". BBC News. 28 oktyabr 2009. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  8. ""Origin of the Name America" by Jules Marcou, The Atlantic Monthly, March 1875". UNZ.org. 2017-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  9. ""Origin of the Name America" by Jules Marcou, The Atlantic Monthly, March 1875". UNZ.org. 2017-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  10. 10,0 10,1 "The Naming of America". uhmc.sunysb.edu. 2010-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  11. Ri, Coy. "On the Naming of America". American Speech. 39 (1). 1 yanvar 1964: 42–50. doi:10.2307/453925. JSTOR 453925.
  12. ""Origin of the Name America" by Jules Marcou, The Atlantic Monthly, March 1875". UNZ.org. 2017-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  13. Rot, Yuliya. Latein/Amerika, in: Susan Arndt and Nadja Ofuatey-Alazard: Wie Rassismus aus Wörtern spricht (alman). Unrast-Verlag.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]