American Music Awards — Vikipediya

American Music Awards

Ölkə
Statistika
Təsis tarixi 1973
theamas.com

American Music Award (AMA)ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir.

Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.