Amasyalı Bəyazid Paşa — Vikipediya

Amasyalı Bəyazid Paşa
14 mart 1413 – 13 iyul 1421
ƏvvəlkiOsmancıqlı İmamzadə Xəlil Paşa
SonrakıÇandarlı İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Doğum yeri
Vəfat tarixi
Vəfat səbəbi baş kəsmə
Fəaliyyəti siyasətçi
Atası Amasyalı Yaxşı bəy
Dini islam

Amasyalı Bəyazid Paşa (XIV əsr, Amasyaiyul 1421) — Osmanlı sultanlığının Fetrət dövründə (hökümdarsızlıq dövrü)[1], 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm olmuşdur. Dövləti toplama prosesi içində yanında olmuş və sonra da II Murad dövründə Mustafa Çələbiyə Sazlıdərdə məğlub olaraq təslim olub və onun əmrilə öldürüldüyü iyul 1421-ci ilə qədər baş vəzirlik etmiş bir Osmanlı dövlət xadimidir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Amasiya Yahşi Beyin oğludur. Amasiyada anadan olduğu üçün ləqəbi Amasiyalı olmuşdur. Sarayda yetişib və I Bəyazidin dövründə bəzi hərbi vəzifələrə qoymuşdur. Çələbi Mehmetin Amasiyada sancaq bəyliyi dövrdə onun baş müşavirlərindən biri olmuşdur.

İldırım Bəyazidin Teymura əsir düşdüyü 1402-ci il Ankara müharibəsində, 15 yasında olan gənc Şahzadə Mehmeti Teymurun mühasirəyə almasından xilas edərək Amasyaya gətirməyi bacarmışdır. Bəyazid Paşa, Mehmet Çələbinin Amasiyada Osmanlı birliyini yenidən qurmağa çalışdığı, özləri də sultan kimi müxtəlif mərkəzlərdə öhdələrinə götürmüş qardaşlarına qarşı mübarizə apardığı dövrdə onun xidmətində olmuşdur.

Mehmet Çələbinin 1412-ci ildə Bursaya girərək I Mehmed adı ilə Osmanlı hökmdarı olmasından sonra da baş vəzir olmuş və Karamanoğulları bəyliyinə edilən yürüşdə əhəmiyyətli xidmətlərinə qarşılıq olaraq habelə Rumeli bəylərbəyi təyin olunmuş, ölümünə qədər bu iki vəzifəni çalışmışdır.

Bəyazid Paşa səyləri ilə Şeyx Bedrettin üsyanını basmış olan dövlət xadimidir. Bu üsyan hərəkətləri Şeyx Bedrettin liderliyində Rumeli Deliorman bölgəsində, Karaburun Börklücə Mustafa, Manisada da Börklücenin sağ qolu Pöhrə Kamal liderliyində inkişaf edirdi. Eflak hökmdarının da dəstəyilə Dunayın cənubuna keçən Şeyx Bedrettin üsyançıları ətrafında toplayaraq qüvvələrini artırmışdı.

Börklüc Mustafanın da 5 min nəfərlə İzmir bəyliyini məğlub etməsilə üsyan ciddiləşdi. Saruhan bayraq bəynin də Börklücəyə məğlub olması ilə Sultan I Mehmed Çələbi hərəkətə keçdi və vəliəhd şahzadə Murad və vəziriəzəm Bəyazid Paşanı Börklücənin üzərinə göndərdi. Xeyli şiddətli keçən Karaburun yarımadası toqquşmalarında Bəyazid Paşa üsyançıların çoxunu məhv etdi, əsirləri də edam etdirdi. Şəxsən Börklücə Mustafa da edam edildi. Manisa ətrafında Torlaq Kamal ilə 3 min üsyançı də yaxalanıb öldürüldü. Anadoludakı üsyan yatırıldıqdan sonra Şeyx Bedrettinin köməkçilərinin çoxu qaçdılar.

Bəyazid Paşa Rumeliyə keçərək, Şeyx Bedrettin və tərəfdarlarını Deliormanda kiçik toqquşmadan sonra asanlıqla tutdu. Şeyx Bedrettini qardaşı Mustafa Çələbiyə qarşı Rumeliyə getmiş olan I Mehmed sultanın yerləşdiyi Serezə göndərdi. Sultan Şeyx Bedrettini Heratlı Mövlanə Heydərin rəhbərlik etdiyi məhkəmədə mühakimə edərək, 1420-ci ildə Serez bazarında asdırdı. Beləliklə, Mustafa Çələbi hadisəsi ilə eyni zamanda baş verən və Osmanlı dövlətini çox çətin vəziyyətə salan bu qiyamlar Bəyazid Paşanın sayəsində aradan qaldırıldı.

Sultan I Mehmedin ölümündən sonra oğlu II Murad taxta keçdi, ancaq bu arada vəzir olan Bəyazid Paşa sultanın ölümünü, onun vəsiyyəti ilə oğlu şahzadə Murad gələnə qədər qırx gün ərzində gizlətdi və beləcə çıxması ehtimal bir fitnə önlədi.

May 1421-ci ildə taxta çıxan II Murad zamanında da Bəyazid Paşa sədrəzəm mövqeyini qorumuşdur. Çələbi Mehmetin ölümünün eşidilməsindən sonra sərbəst buraxılan və dərhal qanuni hökmdarla mübarizəyə başlayan Şahzadə Mustafanın üzərinə göndərilmişdir. Bəylərbəyi olaraq silahlı qüvvələri ilə Rumeliyə keçərək Mustafa Çələbiyə qarşı döyüş mövqeyində dayanmışdır.

İki tərəf, bu gün Keşanidə (Ədirnədə ilçə) bir kənd olan Saros Körfəzi sahilindəki Sazlıdərədə qarşılaşanda, müharibə zamanı qoşunun Mustafa Çələbi tərəfinə keçməsilə, Bəyazid Paşa təslim olmaq məcburiyyətində qalmışdır. Mustafa Çələbinin yanındakı İzmiroğlu Cüneyd Bəyin israrı ilə (iyul 1421-ci il) boynu vurulmuşdur.

Məzarı Sazlıdərədədir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Amasyada məscid,[2] imarət və mədrəsəsi, 1418 tarixli vakfiyələri var. Oğlu İsa Bəy ümeradan olub, Bursada məscidi və imarəti var.

Nəvələri vaxtımıza qədər gəlmişdilər.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Fetret Devri". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
  2. "Amasya - Bayezid Paşa Camii". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.