Altay Sadıqzadə — Vikipediya

Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə
Doğum tarixi 27 aprel 1951(1951-04-27) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Atası Oqtay Sadıqzadə
Anası Elmira Şahtaxtinskaya
Fəaliyyəti rəssam, dizayner
Təhsili

Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri,[1] SSRİ Rəssamlar İttifaqının üzvü (1979).

Həyatı[redaktə | mənbəni redaktə et]

Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır.[2] 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır. Rəssamın əsərləri Fransanın "Palais de Pap" və "D'Orange", ABŞ-nin "Van Droff" qalereyalarında, həmçinin Rusiya, Türkiyə, İspaniya, İran, İsrail, Almaniya, Polşada nümayiş etdirilib. Əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanır. Ekspozisiyada rəssamın kətan üzərində yağlı boya ilə işlədiyi "Aparatos-3" və quş uçuşunu seyr edən, qırmızı rənglə boyanmış metaldan hazırladığı "Quş uçuşunu seyr edən" dekorativ heykəli nümayiş olunur.

Altay Sadıqzadə Bakıda Müasir İncəsənət Muzeyinin memarlıq konsepsiyasının tərtibatının müəllifidir.[3] Muzeyin daxili məkanı avanqard üslubda işlənib – maili divarlar, qapı və künclərin olmaması – bütün bunların hamısı muzeyin binasını, özlüyündə incəsənəti və orada saxlanan incəsənət əsərlərini canlı orqanizmdə birləşdirməyə imkan verib. Muzeydə rəssamın metal konstruksiyalardan heykəlləri, onun instalyasiya və yağlı boyalarla çəkilən şəkilləri təqdim olunub.

Fərdi sərgiləri[redaktə | mənbəni redaktə et]

  • 2012 – Müasir İncəsənət Muzeyində fərdi sərgi. Bakı, Azərbaycan.
  • 2011 – Müasir İncəsənət Muzeyində fərdi sərgi. Bakı, Azərbaycan.
  • 2008-2009 – Müasir İncəsənət Muzeyinin yaradılması. Bakı, Azərbaycan.
  • 2007 – "Bindalli Sanat Evi" Huma Kabakchi Collection, İstanbul, Türkiyə.
  • 2007 – Centre Pompidou, Library Flammarion Centre, A.Sadıqzadənin "Painting and Sketch" kitabının təqdimatı. Jorj Pompidu mərkəzi, Paris, Fransa.
  • 2005 – Qız Qalası qalereyasında fərdi sərgi. Bakı, Azərbaycan.
  • 2003 – Fərdi sərgi, "Spiller – Vincenty Gallery". Ceksonvill, ABŞ.
  • 1993 – "Palas de Pap" mehmanxanası, Avinyon, Fransa
  • 1988 – Fərdi sərgi. Bakı, Azərbaycan SSR.

Qrup sərgiləri[redaktə | mənbəni redaktə et]

  • 2012 – "Fly to Baku", Azərbaycanın Müasir İncəsənəti, Philips de Pury & Company, London, Birləşmiş Krallıq.
  • 2011 – "Contemporary works of Azerbaijan, the Land of Fire", Hotel d'Evreux. Paris, Fransa.
  • 2011 – 54th Venice Biennale, Palazzo Benzon. Venesiya, İtaliya.
  • 2010 – "Observer of the Fly", Müasir İncəsənət Muzeyi (kurator və iştirakçı). Bakı, Azərbaycan.
  • 2004 – "Istanbul Art", Beynəlxalq Müasir İncəsənət Sərgisi. İstanbul, Türkiyə.
  • 2003 – "Grands et Jeunes d'aujourd'hui""Espace Auteuil", 43eme salon. Paris, Fransa.
  • 2002 – Altay Sadıxzadə, Rasim Babayev və Cabbar Kazımovun ümumi sərgisi. Gallery of International Art. Pekin, Çin.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Altay Sadıqzadə Azərbaycanın xalq rəssamları Oqtay SadıqzadəElmira Şahtaxtinskayanın oğlu[4], filoloq Nərgiz Paşayevanın həyat yoldaşıdır.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rəngkarlıq muzeyi: Əmək, istirahət və xəyallar – 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" (az.). "Yarat" yaradıcılıq qrupu. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
  2. 2,0 2,1 "Altay Sadıxzadənin tərcümeyi-halı". "Yarat" yaradıcılıq qrupu. İstifadə tarixi: 6 fevral 2019.
  3. CBC. "Beynəlxalq Muzeylər Günü. Müasir İncəsənət Muzeyi" (az.). Youtube.com. 21.05.2016. İstifadə tarixi: 2016-05-21.
  4. ""YARAT!" təşkilatı Bakıda tanınmış rəssam Altay Sadıqzadənin sərgisini açıb". milli.az. 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
  5. "Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə". modern.az. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.