Altıağac (Xızı) — Vikipediya

Altıağac
40°51′29″ şm. e. 48°56′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.080 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.400 nəf.[1]
Xəritəni göstər/gizlə
Altıağac xəritədə
Altıağac
Altıağac

AltıağacAzərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılmışdır.[2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Altıağac yaxınlığında rəngarəng dağlar

Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac, rayon mərkəzindən 12–14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi.

Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. "Altıağac" (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 45–50 km-ə bərabərdir.[3] Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, tunc dövründən burada insanlar yaşayır. qəsəbənin şimal şərqində XII əsrdə tikilmiş qalanın qalıqları mövcutdur

Din[redaktə | mənbəni redaktə et]

Qəsəbədə Altıağac qəsəbə məscidi dini icması fəaliyyət göstərir[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/demoqraphy_2019.zip.
  2. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  3. "Ceyhun Zərbəliyev. Turizm imkanlı bölgələrimiz: Xızı. Mədəniyyət qəzeti, 2012, 15 avqust, s. 7". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]