Almas İldırım (film, 1991) — Vikipediya

Almas İldırım
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Zaur Məhərrəmov
Ssenari müəllifləri Ramiz Rövşən
Maarif Teymurov
Operator Zaur Məhərrəmov
Bəstəkar Eldar Mansurov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1991
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1991
Texniki məlumatlar 2 hissə
560 metr
Rəng rəngli

Almas İldırım filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.[1]

Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur.[1]

Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla "Qızıl Qələmlilər" İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər.[1]

Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Ramiz Rövşən, Maarif Teymurov
Rejissor: Zaur Məhərrəmov
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Eldar Mansurov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 291

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Zaur Məhərrəmov. “Şair haqqında film” //Bakı.-1990.- 9 mart.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1991-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı