Almaniya milli futbol komandası — Vikipediya

Almaniya milli futbol komandası
Shirt badge/Association crest
LəqəbiNationalelf (Milli on bir), Mannschaft (Komanda), Adler (Qartal)
AssosiasiyaAlmaniya Futbol Birliyi
KonfederasiyaUEFA
Baş məşqçiAlmaniya Hansi Flik
KapitanManuel Noyer
Ən çox oyun keçirənLotar Matteus (150)
Ən çox qol vuranMiroslav Kloze (71)
StadionAllianz Arena
FİFA koduGER
FİFA reytinqi1 (7 iyun 2018)
Ən yüksək FİFA reytinqi1 (sentyabr 2017-iyun 2018)
Ən aşağı FİFA reytinqi22 (mart 2006)
Ev forması
Səfər forması
İlk beynəlxalq oyunu
  İsveçrə 5 — 3  Almaniya
(Bazel, İsveçrə, 5 aprel 1908)
Ən böyükhesablı qələbəsi
 Almaniya 16 — 0 Rusiya Rusiya İmperiyası
(Stokholm, İsveç, 1 iyul 1912)
Ən böyükhesablı məğlubiyyəti
 İngiltərə 9 — 0  Almaniya
(Oksford, İngiltərə, 13 mart 1909)
Ən yaxşı nəticə Dünya çempionu (1954, 1974, 1990, 2014)
Ən yaxşı nəticə Avropa Çempionu (1972, 1980, 1996)

Almaniya milli futbol komandası (alm. Die deutsche Fußballnationalmannschaft‎) — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası. 1900-ci ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018)[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

II Dünya Müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar.

1954-ci ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3-2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-ci ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-ci ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı. 2002 FIFA Dünya Çempionatında finala qədər yüksələn Panzerler finalda Braziliyaya məğlub olmaqdan xilas ola bilmədi. Evsahibliyini etdiyi 2006 FİFA Dünya Çempionatında yarım finala qədər çıxan almanlar, yarım finalda İtaliyaya 2-0 məğlub olaraq mübarizəni dayandırdı. Portuqaliyanı 3-1 hesablı ilə məğlub edərək Dünya Üçüncüsü oldu.

Cənubi Afrikada təşkil edilən 2010 FIFA Dünya Çempionatında yenə yarım finala qədər fırtınalı bir şəkildə çıxan komanda yarım finalda İspaniyaya 1-0 məğlub olmuş və üçüncülük matçında Uruqvayı 3-2 hesabı ilə məğlub edərək üçüncü olmuşdur

Braziliyada təşkil edilən 2014 FIFA Dünya Çempionatının final matçında Argentinanı əlavə vaxtda 1-0 məğlub edərək 4-cü dəfə Dünya Çempionu oldu. Almaniya, eyni zamanda, Amerika qitələrində Dünya Çempionatını qazanan ilk Avropa ölkəsi oldu. Yarım finalda ev sahibi Braziliyaya qarşı keçirdikləri 7-1-lik hesab kubokun unudulmaz matçlarından biri olmuşdur.

Stadion[redaktə | mənbəni redaktə et]

Berlin Olimpiya Stadionu

Almaniyanın milli bir stadionu yoxdur. Milli komanda matçları ölkədəki müxtəlif stadionlarda oynanır.

Milli komanda oyunların əksəriyyətini Berlin Olimpiya Stadionunda keçirir. Stadionun tutumu 74.500 nəfərdir.

Oyunların yayımı[redaktə | mənbəni redaktə et]

Almaniyanın seçmə və hazırlıq oyunlarını ARD və ZDF televiziyaları yayımlayır.

Ən çox qol vuranlar[redaktə | mənbəni redaktə et]

Miroslav Kloze (Ən çox qol vuran futbolçu - 72 qol
Sıra Oyunçu İllər Qol Oyun %
1 Miroslav Kloze 2001–2014 72 137 0.53
2 Gerd Müller 1966–1974 68 62 1.1
3 Lukas Podolski 2004–2024 48 126 0.38
4 Rudi Völler 1982–1994 47 90 0.52
Yurgen Klinsman 1987–1998 47 108 0.44
6 Karl-Heinz Rummenigge 1976–1986 45 95 0.47
7 Uwe Seeler 1954–1970 43 72 0.6
8 Mixael Ballak 1999–2010 42 98 0.43
9 Oliver Bierhoff 1996–2002 37 70 0.53
10 Fritz Walter 1940–1958 33 61 0.54
# Tomas Müller 2010-2024 31 67 0.46
# Mario Qomez 2007-2024 27 63 0.43
# Andre Şürrle 2010-2024 20 49 0.41
# Məsut Özil 2009-2024 18 70 0.26

Formalar[redaktə | mənbəni redaktə et]

1908

|

World Cup
1934

| |

World Cup
1938 [2]

|

World Cup
1954

|

World Cup
1970

|

World Cup
1974

|

World Cup
1978

|

Euro 1980 and World Cup 1982
Euro
1984
World Cup
1986
Euro 1988 and World Cup 1990
Euro
1992
World Cup
1994
Euro
1996
World Cup
1998
Euro
2000
World Cup
2002
Euro
2004
World Cup
2006
Euro
2008
World Cup
2010
Euro
2012
World Cup
2014

Deplasman

World Cup
1954 – 1958
World Cup
1966 – 1970
World Cup
1974 – 1978
Euro 1980 – World Cup 1982
Euro 1984 – World Cup 1986
Euro 1988 – World Cup 1990
Euro
1992
World Cup
1994
Euro
1996
World Cup
1998
Euro
2000
World Cup
2002
Euro
2004
ConFed Cup
2005
World Cup
2006
Euro
2008
World Cup
2010
Euro
2012
World Cup
2014

Uğurları[redaktə | mənbəni redaktə et]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The FIFA/Coca-Cola World Ranking - Ranking Table". FIFA. 26 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2018.
  2. "Arxivlənmiş surət". 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-24.