Almaniya iqtisadiyyatı — Vikipediya

Almaniya iqtisadiyyatı
Almaniyanın maliyyə mərkəzi Frankfurt
Almaniyanın maliyyə mərkəzi Frankfurt
Valyuta Avro (EUR, €)
Büdcə ili 1 yanvar - 31 dekabr
Ticarət təşkilatları Avropa Birliyi, ÜTTİƏİT
Ölkə qrupu
Statistika
ÜDM
  • $3.8 trilyard (nominal; 2020)[3]
  • 4.5 trilyard (AQP, 2020)[3]
ÜDM sıralaması
Adambaşına düşən ÜDM
  • $45,466 (nominal; 2020)[3]
  • $53,571 (AQP; 2020)[3]
Adambaşına düşən ÜDM sıralaması
  • 15-ci (nominal, 2020)
  • 15-ci (AQP, 2020)
Sektorlarına görə ÜDM
Komponentlərinə görə ÜDM
  • Ev istehlakı: 53.1%
  • Hökumət istehlakı: 19.5%
  • Sabit kapitala investisiya: 20.4%
  • İnventarlarda investisiya: −0.5%
  • Mal və xidmətlərin ixracı: 47.3%
  • Mal və xidmətlərin idxalı: −39.7%
  • (2017 təxm.)[4]
İnflyasiya (İQİ)
  • 0.5% (2020 təxm.)[3]
  • 0.5% (2019)[3]
  • 2.0% (2018)[3]
Yoxsulluq həddindən aşağı olan əhali Positive decrease 17.4% (AROPE, 2019)[5]
Cini indeksi Positive decrease 29.7 aşağı (2019, Avrostat)[6]
İnsan İnkişafı İndeksi
İşçi qüvvəsi
  • 42.3 milyon (avqust 2020)[9]
  • 68.3% məşğulluq dərəcəsi (avqust 2020)[9]
}
Məşğulluğa görə işçi qüvvəsi
İşsizlik səviyyəsi
  • 4.4% (avqust 2020)[9]
  • Positive decrease 5.8% gənc işsizlik (avqust 2020)[9]
  • Mənfi artış 2.0 milyon işsiz (avqust 2020)[9]
Orta aylıq gəlir €4,012 / $4,450 aylıq (2019)
Orta aylıq mənfəət €2,439 / $2,705 aylıq (2019)
Biznesin qurulma asanlığı indeksi 22-ci (çox rahat, 2020)[10]
Xarici ticarət
İxrac $1.810 trilyard (2019 təxm.)[4]
İxrac məhsulları minik maşınlar, mexaniki avadanlıq, kimyəvi məhsullar, komputer və elektronika məhsulları, elektrik avadanlıqları, dərman vasitələri, metals, transport equipment, qida malları, tekstil, rezin və plastik məhsullar
İxrac tərəfdaşları
İdxal $1.236 trilyard (2019 təxm.)[4]
İdxal məhsulları mexaniki avadanlıq, data işləmə avadanlıqları, maşınlar, kimyəvi məhsullar, neft və qaz, metallar, elektrik avadanlıqları, dərman vasitələri, qida malları, kənd təsərrüfatı malları
İdxal tərəfdaşları
BXİ indeksi
  • $1.653 trilyard (31 dekabr 2017 təxm.)[4]
  • Xaricdə: $2.298 trilyard (31 dekabr 2017 təxm.)[4]
Cari hesab $291 milyard (2017 təxm.)[4]
Xarici borc $5.084 trilyard (31 mart 2017)[12]
Dövlət maliyyəsi
İctimai borc {
  • Positive decreaseÜDM-nin 59.8%-i(2019)[13]
  • Positive decrease €2.053 trilyard (2019)[13]
Büdcə balansı
  • €49.8 milyard izafi (2019)[13]
  • ÜDM-nin +1.4%-i (2019)[13]
Gəlirlər ÜDM-nin 46.8%-i(2019)[13]
Xərclər ÜDM-nin 45.4%-i(2019)[13]
İqtisadi yardım donor: RİD, $24.67 milyard (2016)[14]
Kredit sıralaması
Xarici ehtiyatlar $24.67 milyard (2016)[14]
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.

Almaniyanın iqtisadi tarixi[redaktə | mənbəni redaktə et]

Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində 19-cu əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizidaş kömür yataqları da şimal ərazilərdə idi. Şimali Almaniyadan fərqli olaraq cənubda yerləşən alman dövlətləri təbii sərvətlərlə zəngin deyildilər və iqtisadi inkişaf cəhətdən daha geridə qalırdılar. Cənubi Almaniyada əsasən yüngül sənaye və kiçik müəssisələr inkişaf edirdi. Lakin Almaniya iqtisadiyyatının inkişafında başlıca rolu alman bankları oynayırdılar. Almaniyadakı banklar effektiv işləməklə bərabər, həm də kartellər şəklində birləşərək öz güclərini artırırdılar.

Almaniya İmperiyasının yaranması ilə Almaniya torpaqlarında daha sürətli iqtisadi inkişaf prosesi başlandı. Alman aristokratları, bankirləri, mülkədarları və müəssisə sahibləri həmin dövrdə ilk iqtisadi alman möcüzəsini həyata keçirdilər. Almaniyada İkinci Sənaye İnqilabı baş verdi. Otto fon Bismarkın hakimiyyəti dövründə Almaniya imperiyasının iqtisadi inkişafı sosial yönümlü idi. Almaniyada orta sinif güclənməyə başlayırdı, bu təbəqəyə aid olan insanlar mərkəzi hakimiyyəti və onun ambisiyalarını dəstəkləyirdilər. Lakin imperator I Vilhelmin dövründə Almaniya onun üçün fəlakətli nəticələr doğuran Birinci dünya müharibəsinə qoşuldu. Bu müharibə nəinki Almaniya imperiyasının iqtisadiyyatını, həmçinin onun varisi olan Veymar Respublikasının iqtisadiyyatını da dağıtdı. Almaniya böyük borclanmaya girdi. 1918-ci ildə 1 ABŞ dolları 8.9 alman markası dəyərində idisə, 1923-cü ildə 1 ABŞ dolları 4.2 trilyon alman markasına bərabər olmuşdu. Veymar Respublikası dövründə alman iqtisadiyyatının tənəzzüldə olması onun dağılmasına gətirib çıxardı. Ölkədə işsizlik səviyyəsi 30% civarında idi.

Lakin 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya iqtisadiyyatı sürətlə dirçəlməyə başladı. Hitler dövründə Almaniya hökuməti ölkəni hərbi cəhətdən gücləndirə bilən və Almaniyanın digər ölkələrdən iqtisadi asılılığını azaldan sənaye sahələrinə subsidiyalar ayırmaqla onların güclənməsinə çalışırdı. Bu dövrdə Almaniya iqtisadiyyatı yenidən Avropada ən güclü iqtisadiyyat adını aldı. Lakin İkinci dünya müharibəsi almanlar üçün daha fəlakətli oldu. Almaniyanın demək olar ki, bütün iqtisadiyyatı dağıdıldı.

Makroiqtisadi göstəricilər[redaktə | mənbəni redaktə et]

Almaniya ÜDM böyüklüyünə görə dünyada 4-cü yeri tutur. (BVF, 2010).

Ən inkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu gün ABŞ, ÇinYaponiyadan sonra ən böyük milli iqtisadiyyat mövqesindədir. 82,5 milyonluq əhalisiylə də Avropa Birliyinin ən böyük və ən əhəmiyyətli bazarı mövqesindədir. 2004-cü ildə Almaniya 2,216 milyard Avroluq Ümum Milli Məhsul rəqəminə çataraq adam başına düşən milli gəlir 26.856 Avronu tapdı. İqtisadiyyatdakı bu performans xüsusilə xarici ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu yüksək ixracat performansının dinamikası ixrac edilən malların 84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər, Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin yanında, MünhenŞtuttqart metropolunun bölgələri (yüksək texnologiya, avtomobil), Frankfurt am Mayn (maliyyə), Köln, Hamburg (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq müqayisəyə görə, Almaniyanın həyat standartları çox yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro, maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Almaniya, qiymət sabitliyiylə də tanınmışdır — 2004 ili inflyasiyası 1,7% səviyyəsində qalmışdır. Alman iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai təhlükəsizlik sistemindəki strukturca problemləri həll etməyə çalışmaqdadır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş Şərq əyalətində 17% səviyyəsində oldu. Bunun yanında Almaniyanın yenidən birləşməsi də illik 80 milyard Avroya çatan transfer xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirməkdədir. Buna görə də keçdiyimiz illərdə iqtisadiyyatın böyümə həcmi ildə 1% ətrafında olmuşdur.

İxracat[redaktə | mənbəni redaktə et]

Almaniyanın rəqabət gücünün açıq bir göstəricisi, 1991-ci ildən bəri, istehsal içindəki ixracat payında görülən davamlı artımdır. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat 1991–2001 illəri arasında cəmi maşın istehsalının 52%-dən təxminən 69%-ə çıxmış, kimya sənayesində 50%-dən 70%-ə, avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə 31%-dən 42%-ə yüksəlmişdir. Cəmi sənaye istehsalındakı ixracatın payı 33%-dür. Dünya ticarətində Almaniyanın payı isə 10% ətrafındadır.

İnvestisiyalar[redaktə | mənbəni redaktə et]

Almaniya, xarici sərmayəçilər baxımından yalnız texnoloji inkişafından ötəri deyil, eyni zamanda mərkəzi coğrafi mövqesi, son dərəcə inkişaf etmiş infrastrukturu, hüquq sisteminin etibarlı olması və səriştəli işçi bazarı səbəbiylə də həmişə cazibədar bir mərkəzdir. 2000-ci ildə edilən vergi islahatının ardından həm şirkətlər, həm də fərdi təşəbbüskarlar üçün vergi yükü əhəmiyyətli bir nisbətdə azalmış və beynəlxalq miqyasda rəqabət edə bilər hala gəlmişdir. Almaniyanın vergi yükü baxımından, beynəlxalq səviyyədə müqayisə etmələrdəki mövqesini daha da yaxşılaşdırıla bilməsi üçün 1 yanvar 2008-də şirkətlər vergi hüququnda yeni islahatların dövrəyə girməsi hədəflənməkdədir. 1994-cü və 2003-cü illəri arasında Almaniya, aralarında General Electric ya da AMD kimi dünya lideri şirkətlərin də olduğu qruplardan gələn böyük sərmayələr olmaq üzrə cəmi 387 milyard ABŞ Dolları qədər birbaşa sərmayə qoyulmuşdur. Sərmayə qərarı alınmasında ən böyük müsbət olaraq xüsusiyyətli iş qüvvəsi ön plana çıxmışdır. Çalışanların 81%-i bir peşə təhsili sahibiykən bunların 17%-i bir universitet ya da yüksək məktəb məzunudur. Bu yüksək nisbətlərə çatmada, təhsildə "ikili sistem" əhəmiyyətli bir rol oynamışdır. Bu sistemlə cəmiyyətin təhsil keyfiyyətində yüksək və xaricdə də təqdir edilən bir səviyyəyə çatmaq mümkün olmuşdur.

Almaniya, xüsusilə də yüksək texnologiya sahəsində, xarici sərmayəçilərin marağını çəkən bir mərkəzdir: 2004–2005-in böyük xarici sərmayəçiləri arasında, Drezdendə 2,5 milyard Avro dəyərində ikinci bir mikroçip fabriki inşa edən Kaliforniyalı mikroçip istehsalçısı Advanced Micro Devices (AMD), dərman sektorunda da Neu-UlmDrezdendə böyük sərmayələr edən PfizerGlaxoSmithKline (GSK) sayıla bilər. Dünyanın ən böyük texnologiya şirkəti olan General Electric (GE), 500 milyon Avro xərcləmə edərək qlobal araşdırma mərkəzini Münhen yaxınlarındakı Qarçinqdə açmışdır. Xarici firmalar Alman bazarının güclü yönlərinin fərqindədirlər: Almaniyada, 500ü dünyanın ən böyüklərindən olan təxminən 22 000 beynəlxalq firma fəaliyyətdədir.[18]

İqtisadi regionlar[redaktə | mənbəni redaktə et]

Təbii ehtiyatlar[redaktə | mənbəni redaktə et]

Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır. Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur kömürduz ehtiyatları aiddir. Neft, təbii qaz və digər vacib xammal məhsulları Almaniyaya digər ölkələrdən idxal olunur.

Almaniyanın duz ehtiyatları 250 milyon il əvvəl formalaşmış süxurlarda tapılır. Əsasən ölkənin şimal hissəsində hasil olunur. Ölkənin daş kömür ehtiyatları isə 300 milyon il əvvəl mövcud olmuş bataqlıqların ərazilərində formalaşıb. Həmin ərazilər müasir dövrdə Cənubi İngiltərədən Polşaya qədər uzanır. Almaniyada daha çox tapılan qonur kömür ehtiyatları da eyni proses nəticəsində formalaşıb, lakin onların formalaşması daha gec, təxminən 65 milyon il əvvəl başlayıb. Bu qonur kömürdə olan ağac hissələri tam olaraq çürümədiyindən qonur kömürün yanarkən verdiyi istilik daş kömürün verdiyi istilikdən daha azdır. Qonur kömür istehsalına görə Almaniya dünyada birinci yeri tutur. Əsas qonur kömür ehtiyatları ölkənin ucqar şərq və qərb bölgələrində istehsal olunur. Qonur kömürün başqa yerə nəql olunması iqtisadi cəhətdən sərfəli olmadığından hasilat rayonlarının yaxınlığında qonur kömürlə işləyən İstilik Elektrik stansiyaları tikilmişdir. Hasil olunan məhsul həmin stansiyalarda elektrik istehsal olunması üçün sərf olunur.

İqtisadiyyatın sahələri[redaktə | mənbəni redaktə et]

Almaniyada yerləşən, dünyadakı ən böyük kaskad kimya zavodu kompleksi

Bütün sənaye ölkələrində olduğu kimi Almaniyanın sənayesi də illərdir strukturca bir dəyişiklik keçirməkdədir. Sənayenin əhəmiyyəti köhnəyə nisbətlə azalarkən xidmət sektoru sənayenin yerini almaqdadır. Yenə də sənaye, Alman iqtisadiyyatının ən əhəmiyyətli sektoru olmağı davam etdirməkdə və Böyük Britaniya ya da ABŞ kimi böyük sənaye ölkələrinə görə daha geniş bir təməl üzərində yüksəlməkdədir — necə ki Almaniyada çalışanların səkkiz milyonu sənayedə çalışmaqdadır. Ən əhəmiyyətli sənaye alt sektorları, sırasıyla avtomobil (227 milyard Avro satış həcmi, 777000 çalışan), elektrotexnika (152 milyard Avro satış həcmi, 799000 çalışan), maşın sənayesi (142 milyard Avro satış həcmi, 868000 çalışan) və kimya sənayesidir (113 milyard Avro satış həcmi, 429000 çalışan). Ənənəvi sənaye mövqeləri arasında iştirak edən tekstil ya da dəmir-çelik sənayesi kimi sahələrdə son vaxtlarda bazarların kiçilməsi və aşağı ödəniş tətbiq olunan ölkələrin rəqabəti üzündən böyük geriləmələr olmuşdur. Buna paralel olaraq məsələn dərman sənayesində olduğu kimi Alman mənşəli firmaların xarici firmalarla etdikləri anlaşmalarla və ya firmanın xaricilər tərəfindən satın alınmasıyla mülkiyyət qismən və ya tamamilə xarici firmalara keçmişdir. Alman iqtisadiyyatının beynəlxalq rəqabət gücünü, yalnız Siemens kimi böyük quruluşlar deyil, bunlardan daha da əhəmiyyətlisi on minlərlə kiçik və orta ölçülü müəssisələr (500 çalışana qədər) təmin etməkdədir. Xüsusilə maşın sənayesi və yan sənayedə olduğu kimi gələcək vəd edən və firma çoxluqlaşması (cluster) deyilən quruluşda (eyni sektorda fəaliyyətlərdə olan firmaların və digər quruluşların eyni mərkəzdə sıxlaşması formasında) mütəşəkkil olan nanotexnoloji və biyotexnoloji kimi sahələrdə də orta ölçülü müəssisələr ön plana çıxmaqdadır. Orta ölçülü müəssisələr 20 milyondan çox adamı işlədərək açıq arayla ən böyük işə götürən mövqesindədir. Sənayenin "admiral gəmisi" xüsusiyyəti qazanmış olan maşın sənayesində firmaların əksəriyyəti 200dən az çalışanla işləməsinə qarşılıq, Alman maşın sənayesi, dünyanın ehtiyac duyduğu maşın təchizatlarını ən yüksək keyfiyyətdə çıxarmaqdadır. Bu bazar sahəsində Almaniya, dünya ticarətindəki 19,3%-lik payla dünya lideridir.

Kənd təsərrüfatı[redaktə | mənbəni redaktə et]

Almaniyanın kənd təsərrüfatı yüksək intensiv istehsalatdır. Burada hər hektara İngiltərədən, FransadanABŞ-dən çox gübrə səpilir. Ölkənin buğda istehsalı tələbatın 80 faizini, şəkər istehsalı 85 faizini, ət istehsalı 90 faizini, südə olan tələbatını 100 faiz ödəyir. Xüsusilə heyvandarlıq inkişaf etmişdir, o bütün kənd təsərrüfatı məhsullarının 80 faizini təşkil edir. Hər yerdə donuzçuluq yayılmışdır, donuzların sayına görə ölkə Avropada birinci yeri tutur. Bitkiçilik heyvandarlığın yardımçı sahəsidir, burada çovdar, yulaf, kartof, yem bitkiləri becərilir, biçənəklərin və otlaqların payına isə bütün kənd təsərrüfatı sahələrinin 40 faizi düşür. Şəhərətrafı zonalarda tərəvəzçilik inkişaf etmişdir, cənubda və cənub- qərbdə çoxlu sayda meyvə bağları salınmışdır. Almaniyanın kənd təsərrüfatının fəal inkişafına baxmayaraq, burada da problemlər az deyil. Almaniyada təsərrüfatların orta torpaq sahəsi cəmi 15 hektardır. "Ümumi bazar"ın ekspertləri isə hesab edirlər ki, yalnız torpaq sahəsi 80 hektar, 40 inəyi və 10 min quşu olan iri müasir təsərrüfatlar rəqabətli mübarizə apara bilər. Əsasən daha çox orta torpaq sahəsi 5 – 6 hektar olan, cənub-qərbin dağlıq rayonlarının təsərrüfatları zərər çəkir. Buna görə də, Avropa İttifaqı tərəfindən taxıla, donuz ətinə, mal ətinə, quş ətinə vahid qiymətlərin tətbiq edilməsindən sonra, Almaniya hökuməti fermer təsərrüfatlarının sayının azaldılması siyasətini həyata keçirməyə başlamışdır. Almaniyanın yeni torpaqlarında kənd təsərrüfatı da yetəri qədər yaxşı inkişaf etmişdir. Şəkər, cənub meyvələri, tezyetişən tərəvəzlər və çörək taxılının bəzi hissəsi istisna olmaqla, əhalinin əsas qida məhsulları ilə təminatı daxili kənd təsərrüfatı məhsulları istehsalı hesabına təmin edilir. Əhalini təzə tez xarab olan məhsullarla (meyvə, tərəvəz, süd, ət) təmin etmək məqsədilə iri şəhərlərin ətrafında bostan-bağ qurşaqları formalaşdırılmışdır, məhsuldarlığı gündə 500 min yumurta təşkil edən şəhərətrafı quşçuluq fermaları, 20 min iribuynuzlu mal-qaranın və donuzların yerləşdirilməsinə hesablanmış fermalar inşa edilmişdir Südün, donuz ətinin və quş ətinin istehsalı heyvandarlığın əsas sahələridir. Bitkiçiliyin strukturunda yem bitkilərinin payı artır, silos üçün qarğıdalı, kökümeyvəlilər, yemlik arpa, kartof, yulaf becərilir. Əsas dənli bitki buğdadır. Almaniya kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Fransadan sonra Avropada ikinci yeri tutur. Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal edir, onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin sahələrinin ərzaq bitkiləri üçün ayrılmış hissəsindən daha böyük hissəsi yemlik bitkilər üçün ayrılmışdır. Lakin, buna baxmayaraq yem taxılı xeyli miqdarda idxal edilir, xüsusilə də qarğıdalı.

Energetika[redaktə | mənbəni redaktə et]

2002-ci ilə görə Almaniya ABŞ, Çin, HindistanYaponiyanın ardından ən çox enerji istehlak edən beşinci ölkədir. Bu istehlakın 2/3 hissəsi idxalatla qarşılanmaqdadır. Həmin il Almaniya 512.9 milyard kilovatt saat elektrik istehlakı ilə bu göstəriciyə görə Avropada birinci yeri tutub. Almaniya hökuməti geotermal, külək enerjisi kimi bərpa olunan enerji qaynaqlarının istifadəsinin yayılmasına çalışır. Enerjinin effektiv istifadə edilməsi məqsədiylə inkişaf etdirilən layihələr lazımi nəticəni verib. 1970-ci ildən etibarən enerji məhsuldarlığı artmışdır. Hökumət 2050-ci ildə ölkənin enerji ehtiyacının yarıdan çoxunu bərpa olunan enerji qaynaqlardan qarşılama hədəfini qoymuşdur.

İnfastruktur[redaktə | mənbəni redaktə et]

Almaniyanın infrastrukturu xüsusilə güclüdür. Ölkədə 12000 kilometr şose olan 230 000 kilometrlik quru yolu şəbəkəsi və 36000 kilometr dəmiryolu şəbəkəsi, Almaniyanı qitə Avropasındakı nəqliyyatın əhəmiyyətli bir qovşağı halına gətirmişdir. Qitə Avropasındakı ən böyük havalimanı olan Frankfurt Hava Limanı və ölkənin dörd bir yanından iştirak edən digər əhəmiyyətli havalimanları beynəlxalq nəqliyyatı asanlaşdırmaqdadır. Ayrıca 4,3 milyard Avroluq bir sərmayə paketinin 2009-cu ilə qədər infrastrukturu daha da gücləndirməsi hədəflənməkdədir.

İllər üzrə iqtisadi göstəricilər[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəllərdə 1980–2018-ci illər aralığında Almaniya iqtisadiyyatının əsas göstəriciləri verilib. İnflyasiyanın 2%-dən aşağı olduğu illər yaşıl rənglə göstərilib.[19]

1980–1995

İl 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 1990 1991 1992 1993 1994 1995
ÜDM
(milyard avro)
789.1 823.8 856.3 897.9 942.0 983.4 1,040.0 1,074.0 1,130.8 1,202.7 1,312.4 1,579.8 1,695.3 1,748.6 1,830.2 1,898.9
Adam başına ÜDM
(avro ilə)
10,270 10,700 11,131 11,712 12,337 12,912 13,644 14,089 14,745 15,526 16,624 19,754 21,060 21,602 22,555 23,354
ÜDM-də artım
(real)
1.3 % 0.1 % 0.8 % 1.6 % 2.8 % 2.2 % 2,4 % 1,5 % 3.7 % 3.9 % 5.7 % 5.0 % 1.5 % 1.0 % 2.5 % 1.8 %
İnflyasiya dərəcəsi
(faizlə)
Mənfi artış5.4 % Mənfi artış6.3 % Mənfi artış5.3 % Mənfi artış3.3 % Mənfi artış2.4 % 2.0 % 0.1 % 0.2 % 1.3 % Mənfi artış2.8 % Mənfi artış2.7 % Mənfi artış3.4 % Mənfi artış5.0 % Mənfi artış4.5 % Mənfi artış2.7 % 1.7 %
İşsizlik faizi
(faizlə)
3.4 % Mənfi artış4.8 % Mənfi artış6.7 % Mənfi artış8.0 % Mənfi artış8.1 % 8.1 % Positive decrease7.8 % 7.8 % Positive decrease7.7 % Positive decrease6.8 % Positive decrease6.2 % Positive decrease5.5 % Mənfi artış6.6 % Mənfi artış7.8 % Mənfi artış8.4 % Positive decrease8.2 %
Büdcə balansı
(ÜDM-yə nisbəti)
3.2 % 2.6 % 3.1 % 2.5 % 9.4 %

1996–2010

İl 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
ÜDM
(milyard avro)
1,926.3 1,967.1 2,018.2 2,064.9 2,116.4 2,179.8 2,209.2 2,220.0 2,270.6 2,300.8 2,393.3 2,513.2 2,561.7 2,460.2 2,580.1
Adam başına ÜDM
(avro ilə)
23,646 24,133 24,780 25,360 25,983 26,741 27,082 27,224 27,875 28,288 29,483 31,030 31,719 30,568 32,136
ÜDM-də artım
(real)
0.9 % 1.9 % 1.8 % 1.9 % 3.2 % 1.8 % 0 % 0.7 % 0.7 % 0.9 % 3.9 % 3.4 % 0.8 % 5.6 % 3.9 %
İnflyasiya dərəcəsi
(faizlə)
1.2 % 1.5 % 0.6 % 0.6 % 1.4 % 1.9 % 1.4 % 1.0 % 1.8 % 1.9 % 1.8 % Mənfi artış2.3 % Mənfi artış2.7 % 0.2 % 1.2 %
İşsizlik faizi
(faizlə)
Mənfi artış8.9 % Mənfi artış9.7 % Positive decrease9.4 % Positive decrease8.6 % Positive decrease8.0 % Positive decrease7.8 % Mənfi artış8.6 % Mənfi artış9.7 % Mənfi artış10.3 % Mənfi artış11.0 % Positive decrease10.0 % Positive decrease8.6 % Positive decrease7.4 % Mənfi artış7.7 % Positive decrease6.9 %
Büdcə balansı
(ÜDM-yə nisbəti)
3.5 % 2.9 % 2.5 % 1.7 % 0.8 % 3.1 % 3.9 % 4.2 % 3.7 % 3.4 % 1.7 % 0.2 % 0.2 % 3.2 % 4.2 %

2011–2018

İl 2011 2012 2013 2014 2015 2016 2017 2018
ÜDM
(milyard avro)
2,703.1 2,758.2 2,826.2 2,938.6 3,048.9 3,159.8 3,277.3 3,386.0
Adam başına ÜDM
(avro ilə)
33,673 34,296 35,045 36,286 37,323 38,370 39,650 40,852
ÜDM-də artım
(real)
3.7 % 0.7 % 0.6 % 2.2 % 1.5 % 2.2 % 2.5 % 1.5 %
İnflyasiya dərəcəsi
(faizlə)
Mənfi artış2.5 % Mənfi artış2.1 % 1.6 % 0.8 % 0.1 % 0.4 % 1.7 % 1.9 %
İşsizlik faizi
(faizlə)
Positive decrease5.9 % Positive decrease5.4 % Positive decrease5.2 % Positive decrease5.0 % Positive decrease4.6 % Positive decrease4.2 % Positive decrease3.8 % Positive decrease3.4 %
Büdcə balansı
(ÜDM-yə nisbəti)
1.0 % 0 % 0.1 % 0.3 % 0.6 % 0.8 % 1.1 % 1.7 %

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  2. "World Bank Country and Lending Groups". datahelpdesk.worldbank.org. World Bank. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 "World Economic Outlook Database, October 2020". IMF.org. International Monetary Fund. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 4,6 4,7 "Europe :: Germany". The World Factbook. Central Intelligence Agency. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2019.
  5. "People at risk of poverty or social exclusion". ec.europa.eu/eurostat. Eurostat. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2020.
  6. "Gini coefficient of equivalised disposable income - EU-SILC survey". ec.europa.eu/eurostat. Eurostat. 25 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2020.
  7. "Human Development Index (HDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 15 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2019.
  8. "Inequality-adjusted HDI (IHDI)". hdr.undp.org. UNDP. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
  9. 9,0 9,1 9,2 9,3 9,4 "avqust 2020: employment slightly up on the previous month". destatis.de. Federal Statistical Office of Germany. 8 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2020.
  10. "Ease of Doing Business in Germany". Doingbusiness.org. 17 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  11. 11,0 11,1 "Germany - WTO Statistics Database". World Trade Organization. 3 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2017.
  12. "Deutsche Bundesbank" (PDF). 28 April 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-09.
  13. 13,0 13,1 13,2 13,3 13,4 13,5 "Euro area and EU27 government deficit both at 0.6% of GDP" (PDF). ec.europa.eu/eurostat. Eurostat. 4 June 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 April 2020.
  14. 14,0 14,1 "Development aid rises again in 2016 but flows to poorest countries dip". OECD. 2017-04-11. 18 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
  15. "Sovereigns rating list". Standard & Poor's. 28 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2011.
  16. 16,0 16,1 16,2 Rogers, Simon; Sedghi, Ami. "How Fitch, Moody's and S&P rate each country's credit rating". The Guardian. London. 15 April 2011. 1 avqust 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2011.
  17. "Scope affirms Germany's credit rating of AAA with Sabit Outlook". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  18. "ALMANİYA İQTİSADİYYATI". 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-16.
  19. "Report for Selected Countries and Subjects". imf.org. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]