Alkalimetriya — Vikipediya

Alkalimetriya və asidimetriya — neytrallaşma reaksiyası əsasında qələvi və ya turşu miqdarının təyini üçün həcmi analiz üsulu.

Təyini[redaktə | mənbəni redaktə et]

İndikator kimi fenolftaleindən istifadə etməklə turşu-qələvi titrləmə. Konusvari kolbada son nöqtəyə çatan məhlul var idi.

Analiz olunan məhlula qatılığı dəqiq məlum olan turşu, yaxud qələvi məhlulu tədricən əlavə olunur. Məhlula qabaqcadan tökülmüş indikatorun rənginin dəyişməsi reaksiyasının sonunu göstərir. Qələvinin miqdarı işlədilmiş turşunun miqdarına əsasən və ya əksinə hesablanır.

Titrləşdirmənin son nöqtəsi aşağıdakı üsullarla müəyyən edilir:

  • vizual - turşu-əsas göstəricilərindən istifadə etməklə
  • potensiometrik
  • konduktometrik
  • spektrofotometrik
Titration of weak acid with strong base
Titration of weak acid with strong base

Mənbə[redaktə | mənbəni redaktə et]

  • A. Məhərrəmov, M. Allahverdiyev və s. "Kiçik kimya ensiklopediyası", 1997.