Əli Zakir — Vikipediya

Ali Zakir
Aly Zaker
Doğum tarixi
Doğum yeri Çattoqram, Britaniya Hindistanı
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Dəkkə, Banqladeş
Vəfat səbəbi COVID-19
Milliyyəti banqladeşli
Vətəndaşlığı Britaniya Hindistanı (1944-1947)
Pakistan (1947-1971)
Banqladeş (1971-2020)
Həyat yoldaşı Sara Zakir
Uşaqları İreş Zakir
Şriya Sharbojoya
Atası Məhəmməd Tahir
Anası Raziyə Tahir
Fəaliyyəti aktyor
biznesmen
yazıçı
rejissor
Təhsili Dəkkə Universiteti
Mükafatları Ekuşi Padak Mükafatı (1999)
IMDb ID2640030
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı27 noyabr 2020[1], Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoruyazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi.

Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.

İctimai fəal və təşəbbüskar olan Sara Zakir ilə ailə quran Ali Zakirin bu evlilikdən iki övladı - İreş ZakirŞriya Sarbojoya adlı övladı var idi. Həmin övladlar Asiatic Marketing Communications Limited şirkətində xüsusi vəzifəyə sahibdirlər. İcraçı direktor və marka rabitə meneceri olaraq çalışırlar. Həyat yoldaşı da şirkətin idarəedici direktorunun müavinidir.

Zakir karyerasını on illərlə aktyorluqla davam etdirmişdi. 1970-ci illər həyat yoldaşı ilə birlikdə Zakir məşhur aktyor və siyasətçi Əsəduzzaman Nurla birlikdə Naqorik teatr truppasının qurucu üzvü idi.

2018-ci ildə o, Bertolt Brextin "Qalileyin həyatı" əsərinin səhnələşdirilməsində Qalileo Qaliley rolunu oynamışdı.

Zakir həmçinin, Banqladeşdə bir reklam agentliyi olan Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Bu şirkətə MEC (media agentliyi), Maxus, Asiya Mindshare, ForthoughtPR, Dhoni Chitra Ltd, 20 Miles, Nayantara Communications, Asiya Hadisələr Ltd, Moitree Printers Ltd MRC-Mode Ltd. kimi şirkətlər də daxil idi.

Ölümü[redaktə | mənbəni redaktə et]

Uzun müddət COVID-19 pandemiyası ilə mübarizə aparan Zakir 27 noyabr 2020-ci ildə səhər saat 6:45-də Dəkkə şəhərinin Birləşmiş Xəstəxanasında vəfat etdi.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmlər

  1. Növbəti (film, 1984)
  2. Modhumoti adlandırılan göl (film, 1996)

Televiziya dramları

  1. Bohubri (serial, 1988)
  2. Bugünki bazar (serial, 1999)

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ekuşi Padak Mükafatı (1999)

Səlim Əl-Din Padak Mükafatı (2017)

Şahid Əltəf Mahmud Padak Mükafatı (2017)

Meril Protom Alo Mükafatı (2018)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ekuşi Padak mükafatı laureatı olan Ali Zakir vəfat etdi. The Business Standard. 27 Noyabr 2020. İstifadə tarixi:27 Noyabr 2020.

  1. https://www.ittefaq.com.bd/entertainment/202274/%E0%A6%86%E0%A6%B2%E0%A7%80-%E0%A6%AF%E0%A6%BE%E0%A6%95%E0%A7%87%E0%A6%B0-%E0%A6%86%E0%A6%B0-%E0%A6%A8%E0%A7%87%E0%A6%87.