Aleksandr Xalifman — Vikipediya

Aleksandr Valeyreviç Xalifman
Ölkə Rusiya Rusiya
Doğum tarixi (58 yaş)
Doğum yeri Sankt-Peterburq,
Rusiya
Titulu qrosmeyster
Son reytinqi 2617 (Mart 2017)
Maksimal reytinqi 2702 (Oktyabr 2001)
FİDE nömrəsi 4100115
Mükafatları Dünya Çempionu 1999-2000 (FİDE)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Valeyreviç Xalifman 1966-cı il 18 yanvar doğumlu, rusiyalı qrosmeysterdir. O 1999-cu il FIDE Dünya Şahmat Çempionu adını qazanmışdır.

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Xalifman yəhudi əsillidir.[1] O, 6 yaşında ikən atası ona şahmat oynamağı öyrətmişdir.

Turnir karyerası[redaktə | mənbəni redaktə et]

Xalifman 1982[2]1984-cü[3] ildə SSRİ Yeniyetmələr arası Çempionatın qalibi, 1985-ci ildə Qroningen şəhərində keçirilmiş 20 yaşlılar arası Avropa Çempionatının qalibi, 19851987-ci illərdə Moskva çempionu, 1990-cı il Qroningen, 1993-cü il Ter Arpel, 1994-cü il Eupen Open turnirinin, 1995-ci ildə Sankt Peterburq Open turnirinin, 1996-cı ildə Rusiya çempionu, 19961997-ci illərdə Sankt Peterburq Çempionatının qalibi, 1997-ci il Sankt Peterburq Qrossmeyster Turnirinin qalibi, 1997-ci ildə Orhus, 19971998-ci illərdə Bad Visze[4] , 2000-ci ildə isə Hoqeven turnirini qazanmağa müvəffəq olmuşdur.

O, 1992, 20002002-ci illərdə Şahmat Olimpiyadasının qalibi olmuş Rusiya yığmasının üzvü idi. Həmçinin millinin tərkibində 1997-ci ildə komandalararası Dünya Çempionatının qalibi olmuşdur.

O, qrosmeyster titulunu 1990-cı ildə Nyu-Yorkda təşkil olunmuş və bir çox yerli qrosmeysterlərin mübarizə apardığı turnirdə birinci yeri tutmaqla əldə etmişdir. Onun ən yüksək nailiyyəti isə 1999-cu ildə FİDE Dünya Çempionatında qalib olması olmuşdur. O finalda erməni qrosmeyster Vladimir Akopyana 3,5 - 2,5 hesabı ilə qalib gəlmişdir. Növbəti il isə o finala çıxa bilmədi. 2000-ci ildə Xalifman Linayres şahmat turnirində yarışdı və yekunda dördüncü yeri tutdu.[5]

Məşqçi[redaktə | mənbəni redaktə et]

1998-ci ildə o məşqçisi olmuş Qennadi Nesis ilə birlikdə Sankt-Peterburq şəhərində şahmat akademiyası açdılar. Həmçinin Xalifman 2013-cü[6] ildən Şahmat üzrə Azərbaycan yığmasında məşqçilik etmiş həm də komandanın kapitanı olmuşdur.[7][8][9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Russian Jewish Encyclopedia". JewishGen.org. 4 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-25.
  2. "31st Soviet Union Junior Chess Championship, Yurmala, January 4–17, 1982". RusBase. 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-31.
  3. "33rd Soviet Union Junior Chess Championship, Kirovabad, January 1984". RusBase. 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-31.
  4. Crowther, Mark. "TWIC 417: Forthcoming Events and Links - 6th Open International Bavarian Masters". The Week in Chess. 2002-11-04. 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2015.
  5. "The Week in Chess 273 – 13 March 2000". 26 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2017.
  6. "The Members of Azerbaijani Team Will Train With Alexander Khalifman for Ten days". chess-news.ru. 2013-03-12. 2015-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2015.
  7. "Alexander Khalifman: "I don't set sporting goals, but I strive to win"". Voronezh Chess festival. İstifadə tarixi: 11 October 2015.[ölü keçid]
  8. "Success but no medals". regionplus.az. 2014-08-26. 2015-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2015.
  9. "Shahriyar Mammadyarov: "Rauf is my friend, but I had to win him"". Shamkir Chess. 2015-04-24. İstifadə tarixi: 11 October 2015.[ölü keçid]