Aleksandr Puzanov — Vikipediya

Aleksandr Puzanov
rus. Алекса́ндр Миха́йлович Пуза́нов
bayraq
RSFSR-nin Baş Naziri
20 oktyabr 1952 – 24 yanvar 1956
ƏvvəlkiBoris Chernousov
SonrakıMixail Yasnov
bayraq
SSRİRusiyanın KXDR-dəki səfiri
22 fevral 1957 – 30 iyun 1962
30 iyun 1962 – 12 aprel 1967
bayraq
SSRİRusiya-nın Bolqarıstandakı səfiri
12 aprel 1967 – 4 may 1972
bayraq
SSRİRusiya-nın Əfqanıstandakı səfiri
3 oktyabr 1972 – 10 noyabr 1979
bayraq
Sov.İKP Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvünə namizəd
16 oktyabr 1952 – 5 mart 1953
Sov.İKP Kuybışev Regional Komitəsinin birinci katibi
19 aprel 1946 – 21 oktyabr 1952
ƏvvəlkiVasili Zhavoronkov
SonrakıMixail Efremov
bayraq
Kuibışev Regional Şurasının İcraiyyə Komitəsinin sədri
iyun 1944 – aprel 1946
ƏvvəlkiPorfiry Hopov
SonrakıAleksander Boçkarev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lejkovka, Yuryevets, Kostroma quberniyası, SSRİ
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Partiya Sovet İttifaqı Kommunist Partiyası, 1925-ci il
Fəaliyyəti diplomat, siyasətçi, aqronom

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Aleksandr Puzanov (rus. Алекса́ндр Миха́йлович Пуза́нов; 25 oktyabr 19061 mart 1998, Moskva) — Sovet dövlət xadimi, RSFSR Nazirlər Sovetinin sədri.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Puzanov 12 (25) oktyabr, 1906-cı ildə Lejkovka Kəndli ailəsində anadan olub. Kilsə məktəbində oxuyub. 1926-1930-cu illərdə Plyos Kənd Təsərrüfatı Kollecində oxuyub. 1924-cü ildən Kandaurovski kənd Sovetinin sədri, Puçevski İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. Kolleci bitirdikdən sonra Seredski rayon şöbəsində aqronom işləmişdir. 1931-1933-cü illərdə şəhərətrafı təsərrüfatların İvanovo vilayəti Trestinin direktor müavini vəzifəsində çalışmışdır. 1 mart 1998-ci ildə Moskvada vəfat edən A.Puzanov Vaqankovo qəbiristanlığında dəfn edildi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1934-1940-cı illərdə SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Sovet Nəzarəti Komissiyasında, 1940-1943-cü illərdə SSRİ Dövlət Nəzarəti Xalq Komissarlığının baş nəzarətçisi, 1943-1944-cü illərdə SSRİ Dövlət Nəzarəti Komissarının müavini kimi çalışmışdır. 1944-cü ilin iyununda Puzanov Kuibışev İcraiyyə Komitəsinin sədri seçildi. 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyası Kuybışev vilayət komitəsinin birinci katibi seçildi.

Onun dövründə bölgə həm iqtisadi göstəricilər, həm də sosial-mədəni sahədə mühüm nəticələr əldə etdi. Bunu 1952-ci ildə Puzanovu RSFSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edən İ.V.Stalin qeyd etdi. 16 oktyabr 1952-ci ildə Sov.İKP MK Komitəsinin Rəyasət Heyətinə namizəd olmuşdur. Lakin Stalinin ölümündən sonra 1953-cü il martın 6-da seçilən Sov.İKP MK Rəyasət Heyətinin yeni tərkibinə daxil olmadı.

A.Puzanov N.S.Xruşşovun Krımı Ukraynaya verməsi təşəbbüsünə qarşı çıxdı və buna görə də sonradan (1956-cı ilin yanvarında RSFSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad edildi). 1956-cı il fevralın 27-dən 1957-ci ilin fevralına qədər Sov.İKP MK KP MK Bürosunun üzvü idi.

1957-ci ildə diplomatiya sahəsinə keçən Puzanov SSRİ-nin 1957-1962-ci illərdə Şimali Koreyadakı, 1962-1967-ci illərdə Yuqoslaviyadakı, 1967-1972 Bolqarıstandakı, 1972-1979-ci illərdə Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri olmuşdu.

Puzanov o günləri belə xatırlıyır:

" Qəfil men Qromıko imzası ilə teleqramma aldım sizin Kabildəki səfir işindən təkidlə azad edilmək istəyinizi nəzərə alaraq başqa işə keçməyiniz qəbul olundu. Qəribədir, mən heç vaxt istəyimi dilə gətirməmişdim. Nə demək olar ki? Hər şey aydın idi. 21 noyabr Birliyə uçdum.[2] Deyirlər ki, onun yerdəyişməsini “sovet səfirliyi müxalifəti dəstəkləyir və zərər verir” fikrini bəyan edən Həfizulla Əmin təkid edirdi[3] "

1979-cu ilin noyabr ayından SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləmişdir. 1980-ci ildən təqaüdçü olan Puzanov Moskvanın mərkəzində yaşayırdı. 1952-1976-cı illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Коммунистическая партия в портретах её самарских лидеров. 1917—1991 гг.: биографический справочник / сост. Е. Н. Дубровина (отв. сост.), К. А. Катренко, А. Г. Удинцев. Самара: БМВ и К, 2010. С. 144—149.
  • Пузанов Александр Михайлович // Большая советская энциклопедия. Изд. 2-е. Т. 35. М.: Большая советская энциклопедия, 1955. С. 284—285.
  • Сушков А. Ф. Р. Козлов: от чернорабочего до инспектора ЦК ВКП(б) // Веси [г. Екатеринбург]. 2015. № 9 (115). Ноябрь. Прил. С. 33—90.
  • Центральный комитет КПСС, ВКП(б), РКП(б), РСДРП(б): Историко-биографический справочник / Сост. Ю. В. Горячев. М.: Издательский дом «Парад», 2005. 496 с.
  • Чернев А. Д. 229 кремлёвских вождей. Политбюро, Оргбюро, Секретариат ЦК Коммунистической партии в лицах и цифрах. Справочник. М.: Журнал «Родина», Научный центр «Руссика», 1996. 333 с.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Пузанов Александр Михайлович". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  2. "Наш обозреватель попытался восстановить цепь событий, финалом которых стал штурм дворца Амина". 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  3. "Совершенно СЕКРЕТНО — Ошибка нелегала «Миши»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.