Aleksandr De Kro — Vikipediya

Aleksandr De Kro
  • alm. Alexander De Croo
  • fr. Alexander De Croo
  • nid. Alexander De Croo
Belçika Krallığının Baş naziri
1 oktyabr 2020 – h.h
ƏvvəlkiSofi Vilmes
Belçika Krallığının Maliyyə Naziri
9 dekabr 2018 – 1 oktyabr 2020
Əvvəlkiİohan Van Overtveldt
SonrakıVinsent Van Peteqem
Belçika Krallığının Baş nazirinin müavini
22 oktyabr 2012 – 1 oktyabr 2020
ƏvvəlkiVinsent Van Kvikenborn
SonrakıVinsent Van Peteqem
Jorj Jilkine
Petra De Satter
Sofi Vilmes
Vinsent Van Kvikenborn
Pyer-İv Derman
Frenk Vandenbruk
Belçika Krallığının Pensiya Naziri
22 oktyabr 2012 – 11 oktyabr 2014
ƏvvəlkiVinsent Van Kvikenborn
SonrakıDaniel Baklen
Açıq Flandriya Liberal və Demokratlarının lideri
12 dekabr 2009 – 22 oktyabr 2012
ƏvvəlkiQay Verhofştadt (müvəqqəti)
SonrakıQay Verhofştadt (müvəqqəti)
Belçika Krallığının İnkişaf Əməkdaşlıq Naziri
11 oktyabr 2014 – 1 oktyabr 2020
ƏvvəlkiJan-Paskal Labil
Şəxsi məlumatlar
Doğum tarixi (48 yaş)
Doğum yeri Vilvorde, Belçika
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Herman De Kro
Anası Fransua Degin
Həyat yoldaşı Annik Penders
premier.be
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr De Kro (alm. Alexander De Croo‎; fr. Alexander De Croo; nid. Alexander De Croo; 3 noyabr 1975, Vilvorde[d], Brabant əyaləti[d]) — Belçika siyasətçisi və iş adamı, 2020-ci ilin oktyabr ayından etibarən Belçika Krallığının Baş naziri.

De Kro Flandriya bölgəsinin Vilvorde şəhərində anadan olub və Brüsseldə Vriye Universitetində iş mühəndisliyi təhsili alıb. Ardınca isə Şimal-Qərb Universiteti]]ndən magistr dərəcəsi əldə edib. 2006-cı ildə öz şirkəti "Darts-ip"-i qurmadan öncə "Boston Consulting Group"-da çalışıb. De Kro 2009–2012-ci illərdə rəhbərlik etdiyi Belçika Açıq Flandriya Liberal en Demokratlar Partiyasının üzvü oldu. 2012-ci ildən 2020-ci ilədək De Kro, Elio Di Rupo, Şarl Mişel və Sofi Vilmes hökumətlərində Belçika Baş nazirinin müavini vəzifəsində çalışıb.

Baş nazirin müavini olduğu dövrdə 2012–2014-cü illərdə Pensiya Naziri, 2014–2020-ci illərdə İnkişaf Əməkdaşlıq Naziri, 2018–2020-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. Federal seçkilərdə De Kro hökuməti Vilmes hökumətinin yerinə De Kronun Baş nazir olması ilə quruldu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr De Kro 3 noyabr 1975-ci ildə Belçikanın Flandriya bölgəsinin Brabant əyalətindəki Vilvorde də anadan olub, siyasətçi və dövlət naziri Herman De Kro və həyat yoldaşı Fransua Deginin iki övladından biridir. 1993-cü ildə Brüsselin Vriye Universitetinə daxil oldu və oradan 1998-ci ildə Biznes Mühəndisliyi ixtisası üzrə məzun oldu. 2002-ci ildə İllinoys ştatının Evanston şəhərində yerləşən Şimal-Qərb Universitetində oxumuş və 2004-cü ildə İdarəetmə Məktəbindən magistr dərəcəsi almışdır. Siyasi fəaliyyətindən əvvəl De Kro 1999-cu ildə "Boston Consulting Group"-da layihə meneceri işlədi. 2006-cı ildə yeni şirkət qurdu. Həmin şirkət mülkiyyət sahəsindəki mütəxəssislərə xidmətlər göstərməkdə uzmanlaşan "Darts-ip"-dir.[1]

De Kro Annik Penders ilə evlidir və iki övladı var. Atçılıq idmanına həvəslidir və hər il atası ilə birlikdə rəsmi tədbirlərdə iştirak edir. 2010-cu ildə atından yıxıldıqdan sonra ayağı və dirsəyi qırıldı. Niderland, İngilisFransız dillərini mükəmməl bilir.[2]

İlk siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2009-cu ildə De Kro 2009 Avropa Birliyi seçkilərində iştirak edərək ilk dəfə siyasətdə yer aldı. O burada 47 mindən çox səs aldı. 26 oktyabrda De Kro partiyasının Prezidenti Qay Verhofştadtı əvəz edərək Açıq Flandriya Liberal və Demokratları Partiyasının prezidentliyinə namizəd oldu. Marino Keln və Qvendolin Rutten ilə rəqabət aparmaq üçün komanda yoldaşı olaraq Vincent Van Kvikenborn və Patrisiya Ceysensi seçdi. 12 dekabrda ikinci turda 11.676 səslə prezident seçildi, Marino Keln 9.614 səs aldı. Siyasətdə demək olar ki, heç bir təcrübəsi olmadığı üçün seçilməsi əlamətdar hesab edildi. Atası siyasətçi olduğundan, siyasətdən kənar insanlar bunu ailə biznesi kimi gördülər.[3]

Siyasi böhran[redaktə | mənbəni redaktə et]

Partiya lideri seçilməsindən beş ay sonra De Kro Brüssel-Halle-Vilvorde məsələsi ilə əlaqədar konstitusiya mübahisəsi həll olunmasa, Açıq FLD-ı hakim koalisiyadan çıxaracağı ilə hədələndi. Açıq FLD müddəti bitdikdən sonra partiya hökuməti tərk etdi və sonra Baş nazir İv Leterm hökumətin istefasını elan etdi. Bu, Kral II Albert tərəfindən 26 aprel 2010-cu ildə təsdiqləndi. 2010 Senat seçkiləri zamanı De Kro Flandriya dairəsindən 301.000-dən çox səs aldı və 22 oktyabr 2012-ci ilə qədər senator kimi çalışdı.[4]

Hökumət fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Di Rupo hökumətinin üzvü fəaliyyəti[redaktə | mənbəni redaktə et]

De Kro Van Kvikenbornun Kortreyk bələdiyyə başçısı olmaqdan ayrılmasından sonra, 22 oktyabr 2012-ci il tarixində Di Rupo hökumətində Van Kvikenborndan Baş nazirin müavini və Pensiya Naziri olaraq vəzifələrini təhvil aldı. Dekabr ayında Qvendolin Rutten Açıq FLD-in yeni sədri seçildi.[5]

I və II Maykl hökumətlərinin üzvü fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Belçikada 2014 federal seçkilərindən və federal hökumətinin qurulmasından sonra, yeni qurulmuş I Maykl hökumətində Baş nazirin müavini olaraq qalacağına qərar verildi və Deniyel Baklen onu Pensiya Naziri vəzifəsinə təyin etdi. Bu hökumət 11 oktyabr 2014-cü ildə vəzifəyə başladı.[6]

De Kro hakimiyyəti dövründə Belçika 2015-ci ildə Afrika ölkəsi Burundidə şiddətli qarışıqlıqların başlamasından sonra Burundiyə rəsmi inkişaf yardımını dayandıran ilk ölkə oldu. 2017-ci ildə De Kro Afrika yuxu xəstəliyini aradan qaldırmaq üçün 2025-ci ilə qədər 25 milyon avro vəd etdi. O, eyni zamanda Prezident Donald Trampın Meksika siyasətinin dirçəlişinə reaksiya verərək onu dəstəklədi.[7]

BMT-in Qlobal Miqrasiya Müqaviləsi ilə əlaqədar hökumətin mübahisəsindən sonra YFİ hakim koalisiyanı tərk etdi və nəticədə rəhbərlik 9 dekabr 2018-ci il tarixində II Maykl hökuməti adı altında yenidən quruldu. İoohan Van Overtveldtin yerinə De Kro Maliyyə Naziri oldu.[8]

2018-ci ilin dekabr ayında De Kro Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən "Qlobal Vətəndaş Festivalı Mandela 100" zamanı nitq verdi. Bu, 780 milyon avro ayrılan "#SheIsEqual" beynəlxalq qadın hüquqları kampaniyasının son tədbiri idi.[9]

I və II Vilmes hökumətlərinin üzvü fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Baş nazir Sofi Vilmesin müvəqqəti rəhbərliyi altında COVID-19 böhranı zamanı 2020 Brüssel Hava Yolları problemi ilə mübarizə aparmaq üçün maliyyə stimul paketinə nəzarət etdi. Eqbert Laxartla birlikdə Açıq FLD-in ortaq sədr müavini seçildi.[10]

Baş nazir fəaliyyəti[redaktə | mənbəni redaktə et]

23 sentyabr 2020-ci ildə Aleksandr De Kro və Paul Maqnet hökumət qurmaq üçün kral tərəfindən təyin edildi. 30 sentyabr 2020-ci ildə De Kronun Vilmesin yerinə Belçika Baş naziri vəzifəsini alacağı açıqlandı. Onun hökumətində əvvəlki Belçika hökumətlərindən daha çox qadın nazir var: nazirlərin yarısı qadınlardır.[11]

Siyasi baxış və ideologiyası[redaktə | mənbəni redaktə et]

Əksər Belçika partiya liderləri kimi De Kro da Belçika monarxının siyasi gücündə məhdudiyyətlərin artırılmasının tərəfdarıdır. Monarxın gücü digər Qərbi Avropa monarxları kimi rəmzi olmalı olduğunu düşünür.[12]

Digər fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Avropa Birliyi təşkilatları[redaktə | mənbəni redaktə et]

Beynəlxalq təşkilatlar[redaktə | mənbəni redaktə et]

Qeyri-kommersiya təşkilatları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://web.archive.org/web/20110706132723/http://www.alexanderdecroo.be/wie-is-alexander
  2. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  3. "Arxivlənmiş surət". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  4. https://www.hln.be/nieuws/binnenland/opvolger-alexander-de-croo-legt-de-eed-af-in-senaat~afe7bb38/
  5. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  6. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  7. "Arxivlənmiş surət". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  8. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  9. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  10. "Arxivlənmiş surət". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  11. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  12. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  13. "Arxivlənmiş surət". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  14. "Arxivlənmiş surət". 2020-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  15. "Arxivlənmiş surət" (PDF). 2020-05-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-06.
  16. "Arxivlənmiş surət". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  17. "Arxivlənmiş surət". 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
  18. "Arxivlənmiş surət" (PDF). 2018-11-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]