Aleksandr Ayriyan — Vikipediya

Aleksandr Ayriyan
bayraq
Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri
bayraq2
23 avqust 1972 – 17 avqust 1988
ƏvvəlkiArmik Karamyan
Sonrakınazirlik ləğv edilmişdir
Şəxsi məlumatlar
Doğum tarixi 1920
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 1988(1988-09-02)
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Aleksandr Arsenoviç Ayriyan (1920, Mərv, Türkistan Muxtar Sovet Sosialist Respublikası2 sentyabr 1988) — sovet dövlət və partiya xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1972–1988).

Həyatı[redaktə | mənbəni redaktə et]

1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1943-cü ildən Sov.İKP üzvüdür, ali təhsili var – M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Texnika elmləri namizəd olmuşdur.

1943-cü ildən l. Şmidt adına maşınqayırma zavodunda mühəndis-texnik, texniki nəzarət qrupunun rəhbəri, mühəndis-konstruktor, şöbə rəisi, baş texnoloq, ÜİK (b) P MK-nın partiya təşkilatçısı olmuşdur. 1954-cü ildən Keşlə Rayon Partiya Komitəsinin birinci katbi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Maşınqayırma İdarəsi baş mühəndisinin müavini, Təchizat və Satış İdarısi rəisinin müavini və həmin idarənin baş mühəndisi vəzifələrində işləmişdir. 1963-cü ildə l. Şmidt adına maşınqayırma zavodunun baş mühəndisi təyin edilmişdir. 1972-ci ildən Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri olmuşdur.

Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Naxçıvan üçüncü şəhər seçki dairəsi).

1988-ci ildə vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.