Aleksandr İvanov (cangüdən) — Vikipediya

Aleksandr İvanov
Aleksandr Alekseyeviç İvanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Beyninə qan sızma
Dəfn yeri
Atası Aleksey İvanov
Dini Rus pravoslav
Fəaliyyəti Cangüdən
Fəaliyyət illəri 1978-????

Aleksandr İvanov (tam adı: Aleksandr Alekseyeviç İvanov; rus. Александр Алексеевич Иванов 12 iyul 1950, Bakı21 dekabr 2017, Bakı) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri və "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru. Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Alekseyeviç İvanov 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub.[2] Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib.

1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub.[3][4]

1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub.[2]

A.İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib.[2]

O, dekabrın 21-də beyninə qan sızması nəticəsində vəfat edib.[5] İvanovla vida mərasimində Azərbaycanın ictimai və siyasi xadimləri, jurnalistlər, güc strukturlarının işçiləri iştirak edib. Milli Qvardiyanın əsgərləri Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyublar.[2] Aleksandr İvanov Yasamal qəbiristanlığında dəfn edilib.[2] Onun məzarı üzərinə dövlət strukturları, dostları və qohumları tərəfindən güllər və əklillər düzülüb.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Üzgüçülük ilə məşqul olub.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Саша о Гейдаре Алиеве". kavkaznews.az (rus). kavkaznews.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  2. 1 2 3 4 5 6 "Heydər Əliyevin cangüdəni dəfn edildi". sputnik.az. sputnik.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  3. "МИРИ УГУРЛИЕВ: "УШЕЛ ИЗ ЖИЗНИ МОЙ БЛИЗКИЙ ДРУГ, БЫВШИЙ ТЕЛОХРАНИТЕЛЬ ГЕЙДАРА АЛИЕВА АЛЕКСАНДР ИВАНОВ" (rus). ugurliev.ru. 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  4. "Heydər Əliyevin cangüdəni - Aleksandr İvanov". Publika.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  5. "Heydər Əliyevin məşhur cangüdəni dünyasını dəyişdi". Baku.ws. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  6. "Русский азербайджанец Саша Иванов". news.day.az. news.day.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.