Aleks Florea — Vikipediya

Aleks Florea
rum. Alex Florea
Aleks Florea 2017-ci ildə
Aleks Florea 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Aleksandru Yonuts Florea
rum. Alexandru Ionuț Florea
Ləqəbi Aleks Florea
Doğum tarixi (32 yaş)
Doğum yeri Konstansa, Rumıniya
Vətəndaşlığı  Rumıniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2014–h.h.
Janr
Əlaqəsi İlinka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandru Yonuts "Aleks" Florea (rum. Alexandru Ionuț "Alex" Florea; d. 15 sentyabr 1991, Konstansa, Rumıniya) — Rumıniya müğənnisi. O, İlinka ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Aleks Florea 2013-cü ildə Rumıniyanın The X Factor musiqi yarışmasında, 2014-cü ildə isə The Voice səs yarışmasında iştirak etmişdir.

Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn Aleks Florea İlinka ilə duet şəklində ifa etdiyi "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir[1]. Uzun məşqlərdən sonra Aleks və İlinka 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar. Müsabiqənin finalında bir daha "Yodel It!" mahnısını ifa edən Aleks və İlinka 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 282 xal toplayaraq, 7-ci yerdə qərarlaşmışdırlar.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Yodel It!"
(İlinka ilə duet)
2017
"Nobody Told Me It Would Hurt" 2018

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eurovision 2017 Romania. Cine ne reprezintă la Kiev" (Rumınca). Antena 3. 5 mart 2017. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
Əvvəlki:
Voltaj
"De la capăt - All Over Again"
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
The Humans
"Goodbye"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]