Alberiko Centili — Vikipediya

Alberiko Centili
ing. Alberico Gentili
Alberiko Centili
Alberiko Centili
Şəxsi məlumatlar
Doğum tarixi 1.14.1552
Doğum yeri San-Cenezio
Vəfat tarixi
Vəfat yeri İngiltərə, Oksford
Təhsili
  • Peruca Universiteti[d]
Fəaliyyəti hüquqşünas, universitet müəllimi[d], vəkil
Atası Dr Matteo Centili
Həyat yoldaşı Lakrezia Pertelli
Uşağı Roberto Centili
Dini Protestantlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alberiko Centili (14.1.1552, San-Cenezio – 19.6.1608, İngiltərə, Oksford) — italyan hüquqşünası, sonsxolastika dövrü nümayəndəsi və beynəlxalq hüquq üzrə mütəxəssis.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Təhsilini Peruca şəhərindəki universitetdə almışdır. Dini təqiblərə məruz qalaraq, İtaliyadan İngiltərəyə qaçmışdır, Oksfordda mülki hüquqdan dərs demişdir. Beynəlxalq hüquqda xalqlar hüququnu təbliğ etmiş, qall adətlərinə (mos gallicus) qarşı italyan adətlərini (mos italicos) müdafiə etmişdir. Bu mənada onu “xalqlar hüququnun atası” adlandırırlar. Qanunların şərhi məsələləri ilə də məşğul olmuşdur.[1]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Aşağıda adı sadalanan bütün əsərlər müasir dövrümüzdə çap olunub və ya yenidən dərc edilmişdir.

  • De Iuris Interpretibus Dialogi Sex. Torino 1937.
  • De Legationibus Libri Tres. Nyu York 1924.
  • De Iure Belli Libri Tres. 2 həcmdə. Mətn və tərcümə Con Rolfe tərəfindən həyata keçirilmişdir. Oksford 1933.
  • Hispanicae Advocationis Libri Duo. Mətn və tərcümə  Frank Frost Abbott tərəfindən həyata keçirilmişdir. Nyu York 1921.
  • Ad titulum Codicis ad legem juliam de adulteriis Commentarius, in G. Minnucci, Alberico Gentili tra mos italicus e mos gallicus. L'inedito Commentaro ad l. Juliam de adulteriis, Boloqna 2002.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Centili// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 223.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]