Albaniyada turizm — Vikipediya

Ölkədə turizmin inkişafını təbliğ edən rəsmi loqotip.
Bərat, "min bir pəncərə şəhəri"
Şimali Albaniya
Kruya qəsri
İskəndər bəy məqbərəsi
Oxrid gölü qışda
Saranda şəhəri
Ksamil adası
Karst mənşəli göl

Albaniyada turizm — zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır[1].

Albaniyada turistləri Qədim YunanıstanRoma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir[2]. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar[3].

Ölkəyə xarici turistlərin əksəriyyəti Kosovo, Makedoniya, Monteneqro, Yunanıstanİtaliyadan gəlir.[4]. Həmçinin Polşa, Çexiya, eləcə də Qərbi Avropadan - Almaniya, Belçika, Niderland, Fransa və Skandinaviya ölkələrindən gələnlər də üstünlük təşkil edir[5].

Ölkədə turizmin inkişafına bir çox amillər təsir göstərir. Keyfiyyətsiz yollar və məişət xidməti, qeyri-qanuni tikililər, tez-tez rast gəlinən böyük zibilliklər. Bundan başqa, torpaqlar üzərində mülkiyyətin nizamlanmaması da böyük təsirə malikdir. Son zamanlar Avropa İttifaqının dəstəyi ilə yolların bərpası və yenidən qurulması prosesi sürətlənmiş, xarici investorların ölkəyə sərmayə yatırması çoxalmışdır.

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

Şəhərlər və tarixi ərazilər[redaktə | mənbəni redaktə et]

Albaniyanın daha çox ziyarət olunan şəhərləri:

Daha çox ziyarət olunan arxeoloji obyektlər:

Təbiət abidələri[redaktə | mənbəni redaktə et]

Albaniya özünün diqqət çəkən təbiət mənzərələri ilə də məşhurdur. Daha çox məşhur olanlar bunlardır:

  • Albaniya rivyerası - İon dənizi boyu, Vlyoranın sahil zonasından Sarandaya qədər uzanır. Sahil zolağının uzunluğu 450 km-dir[6];
  • Karaburun-Sazan — ölkənın ilk və yeganə dəniz milli parkı;
  • Prokletiye və ya "Lənətlənmiş dağlar". Şimali Albaniyada yerləşir və ölkənin 70%-ni əhatə edir;
  • Kelmend — Albaniyanın şimalında bölgə;
  • "Mavi göz" — Albaniyanın cənubunda karst gölü;
  • Komani-Ferri gölü — Şimali Albaniya dağlarında yerləşən gözəl mənzərəyə malik göl;
  • Osum-Kanyon — 20 km uzunluğa malik kanyon;
  • Ada Boyana ərazisində olan kurort zona;
  • Adriatik dənizi sahillərində yerləşən laqun ərazisi;
  • Sotira şəlaləsi;
  • Belş gölü;
  • Nivisa kanyonu.

Mənzərəli səyahət marşrutları[redaktə | mənbəni redaktə et]

Ölkədə mənzərəli səyahət yolları da mövcuddur:

  • Vlyora—Saranda — Albaniyanın cənub-qərbi boyu uzanan marşrut;
  • А1 avtoyolu, Fan çayı boyu;
  • SH78 Cerqukat—Delvine — Cənubi Albaniya;
  • Sh75 KorçaErşekyoGirokastraPermetiKyölçiriTepelena;
  • Elbasan—Poqradets — Oxrid gölü və Şkumbini çayı boyu;
  • Koplik—Teti və Koplik—Vermoş — sıldırım qayalara, dağ zirvələrinə və büllur təmiz çaylara və şəlalələrə mənzərələr.

Albaniyadakı ümumdünya irsi obyektlərinin siyahısı[redaktə | mənbəni redaktə et]

Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.

Ümumdünya irsi[redaktə | mənbəni redaktə et]

Siyahı Ad Tarix[7] Kriteriya Koordinatları
Əsas siyahı[8]
Butrint 1996 III 39°45′ şm. e. 20°01′ ş. u.
Bərat və Girokaser tarixi mərkəzləri 2005 III, IV 40°04′ şm. e. 20°07′ ş. u.
İlkin siyahı[9]
Durres amfiteatrı 1996 IV 41°19′ şm. e. 19°27′ ş. u.
Selkanın kral məzarları 1996 III 40°56′ şm. e. 20°37′ ş. u.
Oxrid regionunun təbii və mədəni irsi 2011 III, IV, VII, IX N40 54 02.53 E20 39 50.46

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Shqipërianë ShifraAlbania in Figures2010" (PDF). 2011-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  2. Giray, Leyla. "10 Reasons 2013 Is The Time To Visit Albania". Huffington Post. 27 December 2012. 31 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2017.
  3. ALBANIE 2009 LE PETIT FUTE By AL. DOMINIQUE page 7
  4. "Treguesit statistikorë të turizmit". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  5. Turizmi ne Shqiperi: Reklama per Evropen Lindore Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine, Shqiperia.com
  6. "Tourist Attractions in Albania — VirtualTourist". 2013-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  7. Date is the Inscription date for the Main list and Submission date for the Tentative list
  8. "UNESCO Official page for main list". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  9. "UNESCO Official page for Tentative list". 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.