Albaniya dilləri — Vikipediya

Albaniya dilləriAlbaniya monoetnik bir dövlətdir, əhalisinin böyük əksəriyyəti rəsmi olan alban dilində danışır. Alban dili özüdə iki aparıcı ləhcələrə bölünür: Tosk (cənubda) və Qeq (şimalda). Dünyada alban diasporasının geniş yayılması səbəbindən Albaniyadan kənarda yaşayan albanlar da ingilis, italyan, yunan, fransız, alman və bir çox başqa dillərdə danışırlar.

Albaniyadakı bir çox ailədə ən azı iki dildə danışmaq adətdir: ən çox yayılmış ikinci dillər arasında, italyan və yunan dilləri fərqlənir (cənubda yunan icması arasında)

Alban dili[redaktə | mənbəni redaktə et]

Dil bölgüsü
Alban
  
98.7%
Yunan
  
0.54%
Makedon
  
0.16%

Albaniya Konstitusiyasının 14-cü maddəsi alban dilini rəsmi dil olaraq tanıyır[1]. 2011-ci il siyahıyaalınmasına əsasən 2765610 nəfər və ya ölkə əhalisinin 98,767% -i alban dilini ana dili olaraq göstərmişdir[2].

Dialektlər[redaktə | mənbəni redaktə et]

Ədəbi alban dili cənubda Tosk ləhcəsinə əsaslanır. Şimalda Kosovo albanları arasında geniş yayılmış Qeq ləhcəsində danışırlar. İki ləhcənin sərhədi Şkumbin çayıdır. Fərqlərə baxmayaraq, bu ləhcələri ümumiyyətlə albanlar başa düşürlər. Alban dilinin digər ləhcələri də geniş yayılmışdır: Çam (Çameriya), Arbereş (İtaliya) və Arnaut (Yunanıstanın cənubu).

Albaniyada yaşayan azsaylı xalqların dili[redaktə | mənbəni redaktə et]

Albaniyada yayılmış digər xalqlar

Yunan dili[redaktə | mənbəni redaktə et]

Ölkədə əsas ən çox danışılan azlıqların dili yunan dilidir. Alban yunanları Şimal Epir ləhcəsi kimi bilinən yunan dilinin cənub ləhcəsində danışırlar. Albaniyada yunan dilində danışanların sayı müəyyən deyil[3]. Bu ləhcədə indi nə yunan dilində, nə də Cənubi Epir ləhcələrində istifadə olunmayan qədim alban sözləri var. Şəhərlər və kəndlər arasındakı məsafələrin az olmasına baxmayaraq, nitqdə fikir ayrılıqları var[4] (əsasən vurğu ilə)[5]. Bir çox alban yunan dilində danışa bilir. Bunun səbəbi onların Yunanıstanda işləmələridir. Cənubi Albaniyanın bir çox bələdiyyəsində yunan dili rəsmi sayılır.

Arumın dili[redaktə | mənbəni redaktə et]

Arumın dili Albaniyada yaşayan 100-200 min arumınların ana dilidir[6][7]. Ölkənin mərkəzində və cənubunda yaşayırlar və Albaniya qanunlarına görə mədəni bir azlıq olaraq tanınırlar. Onlara "Vlahi" də deyilir[8].

Makedon dili[redaktə | mənbəni redaktə et]

1989-cu il siyahıyaalınmasına əsasən Albaniyada 5 minə yaxın makedon yaşayırdı. Makedoniyalılar indi ölkənin cənub-şərqində Prespa gölünün yaxınlığında yaşayırlar[9]. Pustes bələdiyyəsində (Korça vilayəti) rəsmi azlıq kimi tanınırlar; yalnız orada öz milliyətlərini və dillərini elan edə bilərlər[10]. Makedoniya təşkilatlarının nümayəndələrinin bildirdiyinə görə, Albaniyada 120 mindən 350 minədək makedoniyalı yaşayır. Onların siyasi nümayəndəliyi 2011 seçkilərində 2500 səs toplayan Makedoniyalı Avropa İnteqrasiyası İttifaqıdır[11].

Qaraçı dili[redaktə | mənbəni redaktə et]

Albaniyada demək olar ki, heç kimin təhsil almamasına baxmayaraq, öz dillərini qoruyan təxminən 10 min qaraçı yaşayır.

Serb-Xorvat dili[redaktə | mənbəni redaktə et]

Serb-xorvat dilini əsasən Kosovo albanları, SerbiyaMonteneqro ilə sərhəddə yerləşən Şimali Albaniyanın sakinləri başa düşürlər. İtalyan dili televiziya fenomeninə görə yalnız alban dilinə deyil, həm də serb-xorvat dilinə də təsir etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Constitution of the Republic of Albania" (PDF). Совет министров Албании. 2012-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-12.
  2. "Archived copy" (PDF). 2012-01-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-06-21.
  3. Appendix A. History & Diatopy of Greek. The story of pu: The grammaticalisation in space and time of a Modern Greek complementiser. December 1998. University of Melbourne. Nick Nicholas.
  4. Encyclopedia of the stateless nations: ethnic and national groups around the world. Arxivləşdirilib 2017-04-23 at the Wayback Machine James Minahan. Greenwood Publishing Group, 2002. ISBN 0-313-32384-4.
  5. Contested Spaces and Negotiated Identities in Dhermi/Drimades of Himare/Himara area, Southern Albania. Arxivləşdirilib 2011-06-10 at the Wayback Machine Nataša Gregorič Bon. Nova Gorica 2008.
  6. According to INTEREG Arxivləşdirilib 2019-04-01 at the Wayback Machine - quoted by Eurominority Arxivləşdirilib 2006-07-03 at the Wayback Machine: Aromanians in Albania Arxivləşdirilib 2014-11-22 at the Portuguese Web Archive, Albania's Aromanians; Reemerging into History Arxivləşdirilib 2019-12-13 at the Wayback Machine
  7. Arno Tanner. The forgotten minorities of Eastern Europe: the history and today of selected ethnic groups in five countries Arxivləşdirilib 2017-03-26 at the Wayback Machine. East-West Books, 2004 ISBN 978-952-91-6808-8, p. 218: "In Albania, Vlachs are estimated to number as many as 200,000"
  8. Schwandner-Sievers, Stephanie. "The Albanian Aromanians´ Awakening: Identity Politics and Conflicts in Post-Communist Albania" (PDF). European Centre for Minority Issues. 2014-01-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-13.
  9. "LOCAL SELF-GOVERNMENT AND DECENTRALIZATION: CASE OF ALBANIA. HISTORY, REFORMES AND CHALLENGES" (PDF). 2012-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-16.
  10. United Nations High Commissioner for Refugees. "World Directory of Minorities and Indigenous Peoples - Albania : Macedonians". Unhcr.org. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.
  11. "Results of the 2011 local elections of Albania" (PDF). Central Elections Commission of Albania. 2011. 2018-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-12-14.

Mənbə[redaktə | mənbəni redaktə et]