Albaniya bayrağı — Vikipediya

Albaniya bayrağı
Təfərrüatlar
İstifadəsi Milli bayraqdövlət dəniz bayrağı
Proporsiya 5:7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albaniya bayrağı — Albaniyanın Dövlət bayrağı

Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini "şkiperi" adlandırırlar ki, bu da tərcümədə "qartallar ölkəsi" mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.