Albaniya Demokratik Hökuməti — Vikipediya

Müvəqqəti hökumət
Albaniya Demokratik Hökuməti
Qeveria Demokratike e Shqipërisë
Bayraq Gerb
Bayraq Gerb
«Ti Shqipëri, më jep nder, më jep emrin Shqipëtar
"Mənə şərəf verən Albaniyadır, mənə alban adını verən Albaniyadır"
 •
Proletarë të të gjitha vendeve, bashkohuni!
"Bütün ölkələrin proletarları birləşin!"»

«Bütün ölkələrin proletarları birləşin!»
Himn: Himni i Flamurit (albanca)
"Bayrağın himni"
1946-cı ildə Albaniya
1946-cı ildə Albaniya
 
 

Paytaxt Tirana
Ən böyük şəhər Durres, Elbasan, Szkodra, Fier
Dilləri Alban dili
Rəsmi dilləri alban dili
Dövlət dini İslam, xristianlıq
Ərazisi 28,748 km2
Əhalisi 1,122,044 (1945)
İdarəetmə forması Müvəqqəti hökumət
Dövlət başçıları
Baş katib
 •  Ömər Nişani (1944–1946)
Baş nazir
 •  Ənvər Xoca (1944–1946)
Tarixi
 • 20 oktyabr 1944 Müstəqilliyin elan edilməsi
 • 10 yanvar 1946 Respublikasının elan edilməsi


Albaniya Demokratik Hökuməti (alb. Qeveria Demokratike e Shqipërisë) — 20 oktyabr 1944-cü ilÜçüncü Reyxə bağlı olan Vermaxt qüvvələrinin Albaniyada məğlubiyyətə uğradığı dövrdə Albaniya Milli Azadlıq Ordusu (abr. AMAO) tərəfindən qurulmuş müvəqqəti hökumət. Müvəqqəti hökumət ölkənin 28 noyabr 1944-cü il tarixində Vermaxt qoşunlarından azad edilməsindən sonra qurulmuşdur. Onun müvəqqəti baş naziri Albaniya Kommunist Partiyasının baş katibi Ənvər Xoca idi. Müvəqqəti hökumət demokratik seçkilərin təsis edilməsinə və Təsis Yığıncağının qurulmasına qədər mövcud olmuşdur.

Hökumətə Albaniya Milli Azadlıq Ordusu rəhbərlik edirdi, bu isə öz növbəsində Kommunist Partiyası tərəfindən idarə olunurdu. Demokratik Hökumət başından bəri bir kommunist diktaturası idi. Albaniya Milli Azadlıq Ordusu milliyyətçi «Balli Kombetar» hərakatının fikirlərinə qarşı çıxmışdır. Demokratik Hökumət bunlarla yanaşı, kral I Zoğunu devirmiş və digər sosialist dövlətlərlə dostluq münasibəti qurmağa başlamışdır.

Seçkilər 2 dekabr 1945-ci il tarixində keçirilmişdir. Bu dövrdə, AMOA hərəkatı Albaniya Demokratik Cəbhəsinə (abr. ADC) çevrilmişdir. ADC seçkilərdə iştirak edən yeganə siyasi təşkilat idi. 10 yanvar 1946-cı ilAlbaniya Sosialist Xalq Respublikasının qurulması elan edilmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]