Alaqaya (dağ) — Vikipediya

Alaqaya dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2583 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

AlaqayaQarabağ dağ silsiləsinin şimalında, KəlbəcərXocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər[2].

Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Gərəgəzan

Xarici keçid[redaktə | mənbəni redaktə et]

https://www.kalbajar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı 2005
  2. Alaqaya (dağ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 41. ISBN 978-9952-34-155-3.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.