Akif Salamoğlu — Vikipediya

Akif Salamoğlu
Akif Salam oğlu Salamov
Doğum tarixi (75 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Yazıçı, Şair
Əsərlərinin dili azərbaycanca

Salamov Akif Salam oğlu (Akif Salamoğlu) (21 yanvar 1949, Nuxa) — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Akif Salamoğlu 1949-cu il yanvarın 21-də Şəki şəhərində anadan olmuşdur. 1956-cı ildə Şəki şəhər 10 saylı orta məktəbə getmiş və 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Orta təhsillə yanaşı tar ixtisası üzrə musiqi təhsili də almışdır. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək "İnşaat-mühəndisi" ixtisasına yiyələnmişdir. 1973-cü ildə əsgəri xidmətdə olarkən böyük mühəndis vəzifəsində işləmişdir. "Azərkommunlayihə" institutunda, "Şəki-qaz" istismar idarəsində , Dövlət qazlaşdırma komitəsi aparatında müxtəlif vəzifələrdə işləməklə bərabər yaradıcılıqla da məşğul olmuş, bir sıra təmsillər, lirik şeirlər, miniatürlər, hekayələr, esselər, pyeslər, romanlar yazmışdır. 1796–1841-ci illərdə ömür sürmüş Şəki şairlərindən olan Molla Qasım Zakir Nuxəvi onun ulu babasıdır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk dəfə "Bahar" və "Xoruz" adlı şeirlərini ibtidai sinifdə oxuyarkən yazmışdır. Axırıncı siniflərdə oxuduğu zaman məktəb radio qovşağının redaktoru kimi ictimai iş aparmışdır. Şeirləri və felyetonları məktəbin divar qəzetində müntəzəm olaraq çıxmışdır. İlk dəfə dövrü mətbuatda 1975-ci ildə dostu və tam adaşı olan, "Şəki fəhləsi" qəzetinin məsul katibi işləyən Akif Salamın təşəbbüsü ilə çap olunmuşdur. Sonralar "İpəkçi" (Şəki), "Şəki bələdiyyəsi", "Lenin bayrağı" (Oğuz), "İrəli" (Kürdəmir), "Qala" (Masallı) kimi əyalət qəzetlərində dərc olunmaqla yanaşı , respublika mətbuatında –"Kirpi", "Müxbir" jurnallarında , "Sovet kəndi", "Mozalan" qəzetlərində yazıları ilə çıxış etmişdir. 1999-cu ildə "Təmsillər və hekayələr" , 2004-cü ildə "Gülən gözlər", 2008-ci ildə "Ədil xan" 2015-ci ildə isə "Oralar necədir?" kitabları çap olunmuşdur. "Ədil xan" kitabı işıq üzü görməzdən əvvəl Şəki bələdiyyəsi (qəzet)nin baş redaktoru Murad Nəbibəyovun təşəbbüsü ilə "Ədil xan" romanı silsilə şəkildə bu qəzetdə dərs olunmuşdur. Publisistik yazıları ilə də oxuculara tanış olan Akif Salamoğlu 2010-cu ilin yanvar ayından Azərbaycan yazıçılar birliyinin üzvlüyünə qəbul olunmuşdur. "Akif Salamoğlu" təxəllüsü ilə yazıb yaradan şair, yazıçı, dramaturq və publisist Salamov Akif Salam oğlunun adı Azərbaycan Yazıçılar birliyinin eksiklopediyasına da düşmüşdür. 8 sentyabr 2015-ci il tarixdən "Qızıl qələm" mükafatı laureatıdır.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Təmsillər və hekayələr (1999)
  • Gülən gözlər (2004)
  • Ədil xan (2008)
  • Oralar necədir? (2015)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]