Akif Əmənov — Vikipediya

Akif Əmənov
Akif Məmi oğlu Əmənov
Doğum tarixi
Doğum yeri Cəlilabad
Vəfat tarixi (79 yaşında)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti siyasətçi
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Akif Əmənov (12 aprel 1942, SSRİ25 iyun 2021) — SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış (20 il) Azərbaycan SSR Ali Sovetinin, SSRİ xalq deputatı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı Akif Əmənov 4 çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ xalq deputatı olub.

O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib. Mərhum prezident ona bildirib ki, A. Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş.[2]

2002-ci ildən A. Əmənov prezident təqaüdçüsü olub.[3] Prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb.

2010-cu ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürmüşdür. Adlı–sanlı buruq ustası A. Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb. A. Əmənov kampaniyaya bitərəf kimi qoşulmuşdur[4].

Akif Əmənov 25 iyun 2021-ci ildə vəfat etmişdir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ƏMƏNOV Akif Mәmi oğlu". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Sağlığında başdaşı sifariş edənlər". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
  4. "Sosialist Əməyi Qəhrəmanı deputatlığa namizədliyini irəli sürüb". 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  5. "Akif Əmənov vəfat edib". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.