Air və Tenere milli təbiət qoruğu — Vikipediya

Air və Tenere milli təbiət qoruğu
Aïr and Ténéré National Nature Reserve [* 1]
Ölkə Niger
Tip Təbii 
Kriteriya Təbii: (vii), (ix), (x)
Keçid 573
Daxil edilməsi 1991  (15 sessiya)
Air və Tenere milli təbiət qoruğu xəritədə
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu

Air və Tenere milli təbiət qoruğuNigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir.[1]

Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir.

Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir.[2]

UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir:

Air və Tenere milli təbiət qoruğu

  • IUCN növü IV.
  • 1 yanvar 1988-ci ildə yaradılmışdır.
  • 64,560 km².

Air və Tenere Addax ziyarətgahı

  • IUCN növü Ia.
  • 1 yanvar 1988-ci ildə yaradılmışdır.
  • 12,800 km².

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Important Bird Areas factsheet: NNR Aïr - Ténéré" (İngilis). datazone.birdlife.org. 2020-01-15 tarixində arxivləşdirilib.
  2. "Africa's Second largest nature preserve established" (İngilis). jstor.org. 7 May 2020 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]