Afurca nağılı — Vikipediya

Afurca nağılı
Afurca nağılı
Janr sənədli
qısametrajlı
Rejissor Şahəddin Elxan Mayıloğlu
Ssenari müəllifi Elmira Əliqızı
Operator Nəriman Şıxəliyev
İstehsalçı Azərbaycan televiziyası ("Azərbaycantelefilm")
İlk baxış tarixi 2007
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 15 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2007
Rəng rəngli

Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir.

Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır. Toponim a (ab) "su", fur/for "Aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su Aşağı sıçrayan (tökülən) yer, Şəlalə" deməkdir.[1]. Əhalisi əsasən tatlardan ibarətdir. Tatlar özlərinə məxsus Afurca ləhcəsində danışırlar.[2]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Elmira Əliqızı
Rejissor: Şahəddin Elxan Mayıloğlu
Operator: Nəriman Şıxəliyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Afurca". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.