Afanasyev mədəniyyəti — Vikipediya

Afanasyev MədəniyyətiOrta Asiyadakı Tunc dövrünə aid türk mədəniyyət mühitlərindən biridir.

Bu mədəniyyət e.ə. 3300-cü ildən e.ə. 1700-cü ilə qədər davam etmişdir. Sayan-Altayın dağlıq hissəsində mis karxanalarının izləri aşkar edilib. Metal emalı ilə bağlı ilk mədəniyyət Afanasyev mədəniyyəti adlanır.

Tarixçilər bu mədəniyyətin Volqa-Ural və e.ə. III–II minilliyin başlanğıcında Qara dəniz və Xəzər çölləri tayfalarının mədəniyyətləri ilə anoloji olduğunu söyləyirlər. Antropoloji əlamətlərinə görə, afanasyevçilər Avrasiyanın avropoid tayfalarının Şərq ucqarı hesab olunur.

Arxeoloji tədqiqatlar çaxmaq daşından hazırlanmış ox ucları, mis bıçaq və sırğalar, metal qab — qacaq və müxtəlif alətlər, at və qoyun sümüklərinə dair müxtəlif tapıntı və dəlillər bu mədəniyyətin mövcudluğundan bizə çatan əsərlərdir . Bu qalıqlar ilk ana yurdda yaşayan Proto-Türklərin tunc dövrünə girdiklərini, ovçuluq və heyvan bəsləmələrini göstərir.