Aero L-39 Albatros — Vikipediya

L-39
Tipi Hərbi təlim təyyarəsi
İstehsalçı Çexiya Aero Vodochody
Dizayner Yan Vlçek
İlk uçuş 4 noyabr 1968
İstismara verilmə tarixi 28 mart 1972[1]
Status İstismarı davam edir
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
İstehsal ili 1971–1996
Buraxılış sayı 2900
Baza modeli Aero L-29 Delfin
Variantları Aero L-59 Super Albatros
Aero L-159 Alca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır.[2] L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.

İstifadəçiləri[redaktə | mənbəni redaktə et]

Taktiki-texniki xüsusiyyətləri (L-39C)[redaktə | mənbəni redaktə et]

Orthographically projected diagram of the Aero L-39 Albatros.
Orthographically projected diagram of the Aero L-39 Albatros.

Ümumi göstəriciləri[redaktə | mənbəni redaktə et]

  • Ekipaj: 2 nəfər
  • Uzunluğu: 12.13 m
  • Qanad uzunluğu: 9.12 m
  • Hündürlüyü: 4.77 m
  • Qanadının sahəsi: 18.8 m²
  • Boş çəki: 3,395 kq
  • Maksimal qalxma çəkisi: 4,700 kq
  • Güc təminatçısı: 2 konturlu Aİ-25TL turbo-reaktiv mühərrik

Uçuş keyfiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Maksimal sürət: 985 km/s (Mach 0.80)
  • Uçuş məsafəsi: 1,150 km (daxili yanacaqla)
    • 1,750 km (daxili və xarici yanacaqla)
  • Uçuş tavanı: 12000m(praktiki tavan-11,500 m)
  • Yüksəkliyə qalxma sürəti: 180–190 m/s
  • Qanad yüklənməsi: +10 ve -4
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.37

Silahlanma[redaktə | mənbəni redaktə et]

  • Ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba daşıya bilər

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. John Pike. "Aero L-39 Albatros". Globalsecurity.org. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
  2. Jackson, Robert. Aircraft from 1914 to the present day. 2011. səh. 174. ISBN 978-1-907446-02-3.
  3. "Flying Flying – Scramble". scramble.nl. 2015-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]