Adil Nadirov — Vikipediya

Adil Nadirov
Ümumi məlumatlar
Tam adı Adil Ərşad oğlu Nadirov
Doğum tarixi 28 aprel 1950(1950-04-28)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 yanvar 2019(2019-01-28) (68 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Karyerası
Klub karyerası[* 1]
1965–1968 SSRİ Məhsul ? (?)
1968–1970 SSRİ Toxucu ? (?)
1970–1973 SSRİ OİK Tbilisi ? (?)
1973–1981 SSRİ Şəfəq ? (?)
Məşqçisi olduğu klublar
1987–1988 SSRİ Qarabağ

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Adil Nadirov (28 aprel 1950, Ağdam28 yanvar 2019, Azərbaycan) — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-cı ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb.[3] 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib.[4] Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, "əməkdar məşqçi" adına layiq görülüb.

1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal olunduqdan sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub. Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi idi.

2018-ci il yanvarın 28-də vəfat edib.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qarabağ"ın təsisçisi vəfat etdi". oxu.az. oxu.az. 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  2. "QARABAĞ AĞDAM, UNA SQUADRA IN ESILIO". www.mondofutbol.com. www.mondofutbol.com. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  3. "Adil Nadirov: "Bizi az qala döyüb öldürəcəkdilər"". Qol.az. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2019.
  4. "Adil Nadirov: "Bu gün Ağdamın təkcə "Qarabağ"ı qalıb"". www.stadium.az. www.stadium.az. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2019.
  5. ""Qarabağ"ın qəhrəmanı Adil Nadirovla vida – Video". supersport.az. supersport.az. İstifadə tarixi: 29 yanvar 2019.