Adi və qeyri-adi Səttar Bəhlulzadə — Vikipediya

Adi və qeyri-adi Səttar Bəhlulzadə
Adi və qeyri-adi Səttar Bəhlulzadə
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Elnurə Kazımova
Ssenari müəllifi Möhbəddin Səməd
Baş rolda Bəxtiyar Məmmədov
Operator Adil Abbasov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 4 mart 2014, Azərbaycan televiziyası
Filmin növü qısametrajlı sənədli-bədii televiziya filmi
Müddət 34 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

Adi və qeyri-adi Səttar Bəhlulzadə[1] qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova[2] tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Filmdə Səttar rolunda Bəxtiyar Məmmədov çəkilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.[3]

Film rəssamın ölümünün 40 illiyinə həsr edilmişdir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Möhbəddin Səməd
Rejissor: Elnurə Kazımova
Operator: Adil Abbasov

Rolda[redaktə | mənbəni redaktə et]

Bəxtiyar Məmmədov — Səttar Bəhlulzadə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.
  2. "Televiziyanı sənədli telefilmlərsiz təsəvvür etməyən ELNURƏ KAZIMOVA". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  3. "Səttar Bəhlulzadə". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.

Mənbə[redaktə | mənbəni redaktə et]

Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.