Adam (film, 2010) — Vikipediya

Adam
Adam
Janr qısametrajlı
dram
Rejissor Şamil Mahmudbəyov
Prodüser Rasim Həsənov
Ssenari müəllifləri Balaş Abbaszadə
Nəriman Əbdülrəhmanlı
Baş rollarda Arif Kərimov
Ruslan Nəsirov
Rahib Əliyev
Arif Qasımov
İdris Rüstəmov
Bəhram Bağırzadə
Elxan Quliyev
Operator Nizami Abbas
İstehsalçı "Yeni Dalğa" Prodüser Mərkəzi
İlk baxış tarixi 2010
Filmin növü qısametrajlı bədii film
Müddət 37 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2010
Rəng ağ-qara

Adam qısametrajlı bədii filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1996-cı ildə çəkilmişdir. Film 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır. Filmdə Əhməd kişinin timsalında tənhalıq problemi əks etdirilir. Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə Əhməd kişinin (Arif Kərimov) timsalında tənhalıq problemi əks etdirilir. Əhməd tək yaşayır. Dost-tanışlardan heç kəs onu axtarmır, onunla maraqlanmır. Əhməd özü onları tapmaq qərarına gəlir. Şəhərdə bir neçə dost-tanışını görür, lakin onlar da müxtəlif bəhanə ilə onunla görüşməyi ləngidirlər. Hətta dostu Elxan (Elxan Quliyev) da təyin olunan yerə gəlib çıxmır. Əhməd çarəni xəstəxanada yatmaqda görür. Sağlam olduğu halda özünü xəstəliyə vuran Əhmədin ilk günlər planı baş tutur. Dost-tanışları onun başına yığışırlar. Lakin yenə ara səngiyir. Tənhalıq xəstəlikdir, tənhalıq ölümdür. Nəhayət tənhalıq sağlam Əhməd kişini də öldürür...

Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı
Rejissor: Şamil Mahmudbəyov
Operator: Nizami Abbas
Prodüser: Rasim Həsənov

Rollarda[redaktə | mənbəni redaktə et]

Arif Kərimov — Əhməd
Ruslan Nəsirov — Daşdəmir
Rahib Əliyev — Yusif
Arif Qasımov — Səməd
İdris Rüstəmov — Yaqub
Bəhram Bağırzadə — kommersant
Elxan Quliyev — Elxan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Film kimi ömür". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  2. Şahanə Müşfiq. ""Şərikli çörək"lə qazanılan şöhrət" (az.). Azərbaycan Milli Kitabxanası. 08.12.2018. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2010-cu ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı