Abram Dastakyan — Vikipediya

Abram Dastakyan
14 mart 1919 – 22 dekabr 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
22 sentyabr 1918 – 27 aprel 1920
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
18?? – 1917
Şəxsi məlumatlar
Doğum tarixi 1864
Doğum yeri
Vəfat tarixi 20 mart 1929(1929-03-20)
Vəfat yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Fəaliyyəti məmur

Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov (1864, Yelizavetpol, Tiflis quberniyası20 mart 1929, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun Partiyası Bakı bürosunun sədri, Bakı Şəhər DumasıBakı Şəhər İctimai Özünüidarəsi üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu.[1] Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907–1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu.[2] "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi.

Vəzifədən gedəndən sonra bir müddət Ermənistan Səhiyyə Naziri kimi işləmiş, daha sonra 1920-ci ildə Tbilisiyə köçmüşdü. Gürcüstanda Sovet hakimiyyətinin qurulmasından sonra Fransaya mühacirət etmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksutyun Partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu.[3] 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında neft işləri üzrə komitənin sədri olmuşdur.

1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Abram Dastakyan da var idi.[4]

Hökumətdə[redaktə | mənbəni redaktə et]

Nazirlik vəzifəsinə gəlmədən öncə Daşnaksutyun Partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50.000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə Dastakov General Tomsonun təkidi ilə Daşnaksutyun Partiyasının Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçkilərdə iştirak etməsi qərarını vermişdi.[5] 14 mart 1919-cu ildə II Yusifbəyli hökumətində səhiyyə naziri vəzifəsinə təyin olunmuşdur.[6] Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması barədə müsbət addım kimi mərkəzə bildirilmişdi.[7] 24 dekabr 1919-cu ildə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyev ilə əvəz olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Aşxen Dastakyanla evlənmiş, üç övladı olmuşdu: Karen, Nina və Anna. Nəvəsi Anna Dastakyan Fransa vətəndaşıdır və ermənicə bilmir.[8]

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Деятели революционного движения в России. Т. 3. Вып. 2. М., 1934. С. 1225–1226; ГАРФ. Ф. 102. ЗД. 1889. Д. 1289. Л. 2–4
  2. ГАРФ. Ф. 102. 3Д. 1889. Д. 1289. Л. 3–3 об.; Деятели революционного движения в России. Т. 3. Вып. 2. С. 1225–1226
  3. Eduard Oqanesyan, "Vek Borbı", T. I, Münhen-Moskva, 1991
  4. Qanunverici aktlar, 1998. səh. 677
  5. Ermənistan Respublikası Rəsmi arxivi, f. 200, op.1, iş.193, dəftər. I, səh. 94–115
  6. М. Волхонский, В. Муханов. Указ. раб., с. 227
  7. Erməni Məlumat bürosu, Ermənistan Respublikası Rəsmi arxivi, f.200, c.1, iş.79, səh.197–198.
  8. "Anna Dastakyanla müsahibə". 2016-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.