Abide Pərvin — Vikipediya

Abide Pərvin
Ümumi məlumatlar
Doğum tarixi 20 fevral 1954(1954-02-20)[1] (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti sufi müğənni[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1973-cü ildən
Mükafatları Hilal-i-Imtiaz Sitara-i-Imtiaz Pride of Performance
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abide Pərvin (20 fevral 1954[1], Larkan, Sind əyaləti) [2] - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir.[3] İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır.

Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir.[4] O bir neçə dəfə kilsələrdə çıxış etmişdir. Pərvin həmçinin Pakistanın populyar musiqili şousu - Coke Studioda iştirak etmişdir. O eyni zamanda Aişə Takianın aparıcısı olduğu Cənubi Asiya şousu olan Sur Kşetra müsabiqəsində Runa Leyla və Aşe Boşle ilə birgə münsif kimi iştirak etmişdir.[5] O müxtəlif hind və Pakistan musiqili realitik şoularında, o cümlədən "Çxote ustad", "STAR Voice of İndia", "Pakistan İdol" müsabiqələrində iştirak edib. Sufi ifaçı müsəlman dünyasının 500 ən nüfuzlu şəxsinin siyahısına daxil edilib. Pərvin auditoriyanı ələ almaq bacarığı ilə "qlobal mistik sufi səfiri" dir. Son illərdə o Pepsi ilə əməkdaşlıq edərək Ramazan ayında dini musiqi ifa edir, o həm də Atif Aslam ilə əməkdaşlıq edir.

Pərvin dünyanın ən ən məşhur mistik ifaçılarından biri hesab edilir. O adətən qəzəllər, klassik, yarıklassik, sufi roku, damri, qavvali, raqa, xyal musiqi, solo janrı, sufi şairlərin repertuarından musiqilər ifa edir.

Pərvin urdu, sind, seraiki, pəncabi, ərəbfars dillərində musiqi ifa edir.[6][7] O həmçinin Katmandu konsertində Nepal müğənnisi Tara Devinin «Ukali Orali Haruma» adlı nepal dilində olan musiqini də ifa etmişdir. 2017-ci ildə Cənubi Asiya Regional Əməkdaşlıq Assossasiyası tərəfindən "Sülh səfiri" təyin edilmişdir.

Pərvin Rəqs-e Mismil və Tere İşq Naçaya albomundakı Bulleh Şah poeziyasından ifa etdiyi Yaar ko Humne yüksək səsli musiqilərinə görə daha çox tanınır.[8] 2012-ci ildə Pakistanın ikinci yüksək mülki mükafatı- "Hilal-e İmtiyaz" ilə Pakistan prezidenti tərəfindən təltif olunub.[9]

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərvin Pakistanın Sind vilayətində, Larkanda - Əli Göhərabad məhəlləsində anadan olmuşdur. O ilk musiqi təhsilini Baba Sain adlandırdığı atasından almışdır. Onun şəxsi musiqi məktəbi var idi. O və onun atası sufi müqəddəslərinin məqbərələrində çıxış edirdilər. Pərvinin istedadı onun atasını 2 oğul övladına baxmayaraq məhz onu öz musiqi irsinin davamçısı kimi seçməsinə səbəb olmuşdur. Daha sonra o, Ustad Salamat Əli Xandan dərs almışdır. Pərvin hər zaman xatırlayır ki, onu heç vaxt bu işlə məşğul olmağa sövq etməyiblər. O özü artıq 3 yaşında ilk musiqisini ifa etmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pərvin 1970-ci illərin əvvəllərində Drgahda çıxış etməyə başlamışdır. 1973-cü ildə isə Pakistan radiosunda sind dilində Tuhinje Zulfan Jay Band Kamand Widha musiqisini ifa etmişdir. 1977-ci ildə Pakistan radiosunda rəsmi ifaçı kimi təqdim olunmuşdur. Həmin vaxtdan indiyə qədər Pərvin ilk pilləyə qədər irəliləyərək Pakistanın ən yaxşı vokal artisti səviyyəsinə qədər yüksəlmişdir. O ifası ilə sufi musiqisini daha da zənginləşdirmişdir.

Pərvin bütün dünya üzrə qastrollarda olur. Onun 1988-ci ildə Çikaqoda çıxışı Həzrət Əmir Xosrov adına Mədəniyyət və İncəsənət Cəmiyyəti tərəfindən lentə köçürülür. Onun Uemblidə London Konfrans Mərkəzində çıxışı BBC-də canlı şəkildə yayımlanmışdır.

Abide Sultan Raxi, Arif Lohar, Ataulla Xan Esaxelvi ilə birlikdə Zindəgi filmində baş rolda oynamışdır. Bu rolda o məşhur sufi musiqisi olan "Mahi Yar di Qaroli Bhar di" mahnısını ifa etmişdir.

  • 2007-ci ildə Pərvin uşaqların sosial problemlərinə həsr olunmuş Zindəgi filmində Şahzadə Roy ilə əməkdaşlıq etmişdir.
  • 2007-ci ildə Pərvin Norveçin Oslo şəhərində çıxış etmişdir.
  • 2010-cu ildə Pərvin Londonun prestijli Kral Albert zalında məşhur musiqiçi Sonu Nigam ilə birgə çıxış etmişdir.
  • 2010-cu ildə Pərvin Nyu York şəhərində keçirilən Asiya Cəmiyyətinin Sufi musiqi festivalında çıxış etmişdir.
  • 2010-cu ildə o, Nyu York şəhərində I Sufi Musiqi Festivalında Manhettnda çıxış etmişdir.
  • 2013-cü ildə o, Mançester Beynəlxalq festivalında çıxış etmişdir.

Filmləri[redaktə | mənbəni redaktə et]

Televiziyada[redaktə | mənbəni redaktə et]

İl Şou Rol
1980 Avaz-o-Əndaz İfaçı
2009 Nara-e-Mastana İfaçı
2010 Şotte Ustad Qulam Əli ilə birlikdə qonaq münsif
2012 Sur Kşetra TV Şou Münsif
2012 Şehr-e Zaat Yaar ko Humne üçün OST müğənnisi
2012 Jhalak Dikhhla Jaa Runa Laila ilə birlikdə xüsusi çıxışçı
2012 1-ci Hum Mükafatları İfaçı
2014 Pakistan Idol TV Şou qonaq münsif
2014 Zee Channel TV müğənnisi
2014 Sama-e-Işq İfaçı

Filmləri[redaktə | mənbəni redaktə et]

İl Film Mahnısı
2008 Zill-e-Shah Sajjan de Haath
2013 Işq Xuda Title Track
2014 Hicrət Announced
2015 Raabta Announced
2015 Jaanisaar Sufiye Ba Safa Manam
2015 Bin Roye Maula Maula
2017 Rangreza Phool Khil Jayein

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Abida Parveen // https://pantheon.world/profile/person/Abida_Parveen.
  2. "Iqbal, Nosheen (8 July 2013). "Abida Parveen: 'I'm not a man or a woman, I'm a vehicle for passion'". The Guardian (newspaper)". 1 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2019.
  3. ""You can't listen to them if you can't afford them…". The Express Tribune. 14 July 2017". 6 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2019.
  4. "EPSTEIN, BENJAMIN (18 September 1993). "Cleansing Soul Singer Has Purification Motives : Music: Abida Parveen of Pakistan tries to spread a message of love and induce a state of spiritual ecstasy with her Sufi mystic songs". Los Angeles Times. ISSN 0458-3035". 2016-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  5. "Staff, Images (8 August 2016). "Amjad Sabri, Rahat Fateh, Abida Parveen kick-start Coke Studio 9 with an emotional tribute". Pakistan: Dawn". 15 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2019.
  6. MYSTICAL SINGER'S MUSIC IS THE MESSAGE 2010-cu lin aprelin 5-də arxivləşdirilib.
  7. Abida Parveen World music: the basics, by Richard Nidel. Routledge, 2005. ISBN 0-415-96800-3. p.247.
  8. Anna S. King, J. L. Brockington (2005). The Intimate Other: Love Divine in Indic Religions. Orient Blackswan. p. 358. ISBN 9788125028017.
  9. "Abida Parveen's Hilal-i-Imtiaz Award (2012) The Express Tribune (newspaper)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.