Abdulla Allahverdiyev — Vikipediya

Abdulla Allahverdiyev
16 aprel 1993 – 17 iyun 1993
Əvvəlkiİsgəndər Həmidov
SonrakıRövşən Cavadov (i.e)
1992 – 1993
SonrakıCavanşir Məmmədov
1988 – 1990
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1941(1941-05-23)
Doğum yeri
Vəfat tarixi 14 aprel 2023(2023-04-14) (81 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Müseyib Allahverdiyev
Rütbəsi general-mayor (1992)

Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdulla Museyib oğlu Allahverdiyev 23 may 1941-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikasının Odessa şəhərində doğulmuşdur. O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra isə Azərbaycan Politexnik İnustitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil almışdır.[1]

Abdullah Allahverdiyev 1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışmışdır. O, 1974–1979-cu ilədək Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri olmuş, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik etmişdir.[1]

Abdullah Allahverdiyev 1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil almış, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi almışdır. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləmişdir.[1]

Abdullah Allahverdiyev 1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.[2][1]

Abdullah Allahverdiyevə 1989-cu ildə polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilmişdir.[1]

Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşımışdır. Ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra etmişdir.[3]

Abdulla Allahverdiyev 14 aprel 2023-cü il tarixində Türkiyədə müalicə aldığı xəstəxanada ölmüşdür.[4] Ağstafa rayonu Dağ Kəsəmən kəndində dəfn olunub[5]

Abdulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "2 ay nazir oldu, 7 min təqaüd aldı, xərçəngdən öldü – UNUDULAN MƏMURLAR - FOTO". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  2. "Azərbaycan Respublikasının şəhər və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.
  3. "A. M. Allahverdiyev və R. B. Cavadov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  4. "Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi — FOTO". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  5. "Sabiq nazir Ağstafada dəfn olundu". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.