Abdul Qəhrəmanzadə — Vikipediya

Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə
Doğum tarixi 5 aprel 1946(1946-04-05) (78 yaş)
Doğum yeri
Elmi adı texnika elmləri namizədi
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu
Təhsili
Tanınır Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert.

Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir.

A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rus dilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır.

A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər Ittifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir.

1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur.

1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.

1978-ci ilin noyabr ayında o, göndərişlə Azərbaycan Politexnik Institutunun (AzPI) "Elektrik rabitəsi" kafedrasına assistent vəzifəsinə qəbul edilir.

A. Qəhrəmanzadə 1980-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edir və 11 mart 1981-ci ildə texnika elmləri namizədi dərəcəsi diplomunu alır.

1981-ci ilin sentyabr ayında o, Təhsil Nazirliyi xətti ilə Böyük Britaniyanın Birmingem şəhərinin Aston Universitetində bir illik elmi təcrübə keçir. 1983-cü ilin aprel ayında o, AzPI-nin "Elektrik rabitəsi" kafedrasına dosent vəzifəsinə seçilir və həmin ildə də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommuniasiya Ittifaqının (ITU) eksperti təsdiq olunur.

1984-cü ilin okytabr ayında o, Azərbaycan Politexnik Institutunun Həmkarlar Komitəsinin sədri seçilir. 1984-cü ilin noyabr ayında ona "Elektrik rabitəsi" kafedrası üzrə dosent elmi adı verilir.

1985/86-cı illərdə o, BMT-nin Beynəlxalq Telekommuniasiya Ittifaqının (ITU) eksperti kimi Əfqanıstanın Telekommunikasiya inkişaf Layihəsində iştirak etmişdir. 1986-cı ilin noyabr ayında o, Moskvada BMT-nin "Course Development of Telecommunication" kurslarını keçir – "CoDevTel". 1992-ci il iyunun 15-dən Azərbaycan Respublikasının Prezidentinin 15.06.92-ci il tarixli 844 saylı əmri ilə o, Azərbaycanın Rabitə Naziri təyin edilir və 17.07.92-ci ildə isə başqa işə keçməsi ilə əlaqədar olaraq həmin vəzifədən azad olunur. 1992/93-cü illərdə o, Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti kimi Liviyanın (Procect- LIB- 88/007) və Pakistanın (Project – PAK – 88/002) inkişaf layihələrində iştirak etmişdir. 1998-ci ilin mart-dekabr aylarında o, TACIC proqramı çərçivəsində Bakı şəhərində Azərbaycan Telekommunikasiya Tədris Mərkəzinin yaradılmasında (Project – TNAZ 9601) elmi rəhbər olmuşdur. 2002-ci ildə Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi – NICTS (Project – AZE/01/003) üzrə milli ekspert seçilmişdir. 2002-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

A. Q. Qəhrəmanzadə 100-dən çox elmi işlərin, o cümlədən 10 metodik göstərişin, 5 dərs vəsaitinin və 7 monoqrafiyanın müəllifidir.

A. Q. Qəhrəmanzadə evlidir, iki uşağı var.[1]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Qəhrəmanzadə A. H. Rəqəmli kommutasiya sistemi DMS. Bakı: Elm, 2000, 160 s.
  • Qəhrəmanzadə A. H. Rəqəmli kommutasiya sistemləri və şəbəkələri. Bakı: Elm, 2004, 475 s.
  • Qəhrəmanzadə A. H. Şərifli sülaləsindən biri. Bakı: Sabax, 2018, 549 s.
  • Каграманзаде А.Г. "Respublikanin informasiyasi nazarat altindadir" , AZADLIG-30.05.92
  • Каграманзаде А.Г. "Вопросы приватизации в отросли связи, газета "Бакинский Рабочий" от 29 января 1999 г.
  • Каграманзаде А.Г. "Что обещает ближайшее будущее в связи", газета " Азадлыг", от 24 и 25 августа 1999 г. (азерб. яз).
  • Каграманзаде А.Г. "Телефоны нужны всем. А специалисты — не очень", "Ежедневные новости", № 37 от 17.09.1999 г.
  • Каграманзаде А.Г. "Телефонная война", газета "Неделя" от 8 октября 1999 г.
  • Каграманзаде А.Г."В АзТУЦ-е новые слушатели", Информационное Агентство Туран ", выпуск № 24 от 10.11.1999 г.
  • Каграманзаде А.Г. в Информационное Агентство "Туран" за № 24 от 10 ноября 1999 г.
  • Каграманзаде А.Г. "Требуется правовое регулирование в отрасли связи", ИА "Туран " за № 34 от 08 декабря 1999 г.
  • Каграманзаде А.Г. "Взгляд на процесс приватизации в телекоммуникации страны", "Туран " за № 39 от 20 декабря 1999 г.
  • Каграманзаде А.Г. "По ком звонит колокол Минсвязи ", "Неделя" от 07 января 2000 г.
  • Каграманзаде А.Г. "Вопросы приватизации в телекоммуникации с учетом опыта развивающихся стран (часть-1), ИА "Туран" за № 13(55) от 04 февраля 2000 г.
  • Каграманзаде А.Г. "Вопросы приватизации в телекоммуни- кации с учетом опыта развивающихся стран (часть-2), ИА "Туран" за № 15(57) от 09 февраля 2000 г.
  • Каграманзаде А.Г. "АзТУЦ консолидирует информацион- но-учебную базу по телекоммуникации в республике", ИА "Туран" за № 35 (77) от 31 марта 2000 г.
  • Каграманзаде А.Г. "Отрасль связи нуждается в шоковой терапии", газета "Зеркало" № 94 (851) от 20 мая 2000 г.
  • Каграманзаде А.Г. "Телекоммуникация — один из действенных рычагов повышения уровня жизни ", газета "Новое время", № 48(58) от 16–22 декабря 2000 г.
  • Каграманзаде А.Г. "Эпитафия учителю", газета "Зеркало", № 223 от 24 ноября 2001 г.
  • Каграманзаде А.Г."О вопросе регулирования в телекоммуникации", "Internet News" № 56 от 27 марта — 3 апреля 2002 г.
  • Каграманзаде А.Г. "Стагнация телекоммуникаций в Азербайджане", газета "Зеркало", № 58, от 30 марта 2002 г.
  • Каграманзаде А.Г. "О вопросах регулировании в телекоммуникации" газета "Internet News" за № 56 от 3 апреля 2002.
  • Каграманзаде А.Г. "О регулировании радиочастотного спектра" газета "Internet News" за № 65 от 30 мая — 5 июня 2002 г.
  • Каграманзаде А.Г. "Об инфокоммуникационном Союзе" газета "Internet News" за № 67 от 13–19 июня 2002 г.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Qəhrəmanzadə A.H. Rəqəmli kommutasiya sistemləri və şəbəkələri. Bakı: Elm nəşriyyatı, 2004, s.3–4" (PDF). 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-02.