Abbas Əli Çətin — Vikipediya

Abbas Əli Çətin
1950 – 1954
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1914(1914-01-01)
Doğum yeri
Vəfat tarixi 26 avqust 1975(1975-08-26) (61 yaşında)
Partiya Cümhuriyyət Xalq Partiyası
Ədalət Partiyası
Demokrat Partiyası
Təhsili
  • Ankara Universitetinin Hüquq bölməsi[d]
Fəaliyyəti siyasətçi

Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim.[1]

Həyatının erkən dövrü[redaktə | mənbəni redaktə et]

1914-cü ildə İrəvan şəhərind dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır.

Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir.[1]

CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur[2] CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

1975-ci ilin 26 avqustunda həyatını itirmişdir. Vəfat edərkən evli idi və 4 uşağı var idi.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Abbas Ali Çetin". www.biyografya.com. 9 February 2019. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2021.
  2. ."Abbasali ÇETİN (Kars)". tbmm.chp.org.tr. 2009. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2021.
  3. "TBMM Albümü". www.tbmm.gov.tr. 8 August 2010. 14 Feb 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Feb 2021.