Abşeron yatağı — Vikipediya

Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir.

Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır.

İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

İşlənilməsi[redaktə | mənbəni redaktə et]

Yataq 2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunub.

"Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılması planlaşdırılır. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Abşeron" yatağından 2020-ci ilin III rübündə hasilata başlanılması gözlənilir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.