ANS ÇM — Vikipediya

ANS ÇM
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 və Türksat 3A peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili
Baş qərargah Abbasqulu Abbaszadə küçəsi, Bakı, Azərbaycan
Yaranma tarixi 28 may 1994
Bağlanma tarixi 18 iyul 2016
Sahibi Vahid Mustafayev
Rəhbərlik Vahid Mustafayev
Seyfulla Mustafayev
Şüar Döyüş alnınıza yazılıb!
Birinci FM!
Qardaş kanallar ANS TV
Sayt www.ansradio.ws

ANS ÇM RadiosuAzərbaycanda ilk özəl radio kanalı.

Tarixçə[redaktə | mənbəni redaktə et]

1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Stansiya, Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi. Radio stansiyaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verilib. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

2014-cü ilin yazından etibarən "Qafqaz Top 10"luq layihəsini yayımlayır. Bu layihədə bütün Qafqaz xalqlarının, o cümlədən azərbaycanlı, erməni, gürcü və digər millətdən olan müğənnilərin mahnıları səsləndirilir. Layihə bəzi media orqanları tərəfindən tənqid edilmişdi. "Xəbərçi" verilişinin qonağı olmuş Mirşahin Ağayev açıqlamasında "ANS ÇM Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyır, Azərbaycan Dövlət Radiosu hər gün saat 13:00-dan 14:00-a kimi erməni dilində verilişlər hazırlayır, CBC kanalı hər gün saat 16:00-dan 17:00-a kimi erməni dilində xəbərlər yayımlayır, Azərbaycanda erməni dilində sayt var (armenia.az), bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətə yaxındır" demişdi.

18 iyul 2016-cı il tarixində ANS TV ilə birlikdə fəaliyyətini dayandırmışdır. 16 fevral 2023-cü ildə fəaliyyətini internet yayımı ilə davam etdirmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]