İdarəetmə Sistemləri İnstitutu (Azərbaycan) — Vikipediya

İdarəetmə Sistemləri İnstitutu
Loqonun şəkli
Digər məlumatlar
Direktor Əli Abbasov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdarəetmə Sistemləri İnstitutu — elmi tədqiqat institutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxildir. 2014-cü ilə kimi Kibernetika İnstitutu kimi tanınırdı.

Elmi istiqamətləri[redaktə | mənbəni redaktə et]

İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:

• İdarəetmənin nəzəri və tətbiqi problemləri;

• Süni intellekt texnologiyaları;

• Sosial-iqtisadi sistemlərin tədqiqi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft ıaylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.

Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi.

1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.

1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdu.

2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə institutun adı dəyişdirilərək "İdarəetmə Sistemləri İnstitutu" adlandırılmışdır.

Direktorları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]