ABŞ Milli Tibb Kitabxanası — Vikipediya

ABŞ Milli Tibb Kitabxanası
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1836
Ünvan 8600 Rockville Pike, Bethesda, MD 20894[3][4][…]
Digər məlumatlar
ISIL kodu US-DNLM, US-dnlm
Sayt nlm.nih.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ Milli Tibb KitabxanasıAmerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən idarə olunan, dünyanın ən böyük tibb kitabxanasıdır. Kitabxananın kolleksiyasında yeddi milyondan çox kitab, jurnal, texniki hesabatlar, əlyazmalar, mikrofilmlər, fotoşəkillər və tibb və əlaqəli elmlərə dair təsvirlər, o cümlədən dünyanın ən qədim və nadir əsərləri var.

Tarixi[redaktə | mənbəni redaktə et]

Milli Tibb Kitabxanası 1836-cı ildə sələfi ABŞ Ordusunun Baş Cərrah ofisinin bir hissəsi olan Baş Cərrah Ofisinin Kitabxanası idi. ABŞ Silahlı Qüvvələrin Patologiya İnstitutu və onun Tibb Muzeyi 1862-ci ildə Ordu Tibb Muzeyi kimi yaradılıb. 1956-cı ildə kitabxananın adı dəyişdirilərək Milli Tibb Kitabxanası adlandırıldı və kitabxananın kolleksiyası ABŞ Müdafiə Nazirliyinin nəzarətindən Səhiyyə, Təhsil və Rifah Departamentinin İctimai Səhiyyə Xidmətinə verildi. Kitabxana indiki ünvanına 1962-ci ildə köçdü.

Nəşrlər və informasiya resursları[redaktə | mənbəni redaktə et]

1879-cu ildən bəri ABŞ Milli Tibb Kitabxanası beş minə yaxın seçilmiş jurnallarda məqalələr üçün aylıq bələdçi olan Medikus göstəricisini nəşr etdi. Sonuncu Medikus göstricisi 2014-cü ilin dekabr ayında nəşr olunub. Milli Tibb Kitabxanası, Entrez axtarış sistemi vasitəsilə əldə edilə bilən bioloji məlumat bazalarını saxlayan Milli Biotexnoloji Məlumat Mərkəzi idarə edir[5].

Toksikologiya və Ətraf Mühitin Sağlamlığı[redaktə | mənbəni redaktə et]

Toksikologiya və Ətraf Mühitin Sağlamlığı Proqramı 1967-ci ildə Milli Tibb Kitabxanasında yaradılmışdır və tibbi ədəbiyyatdan, dövlət və qeyri-hökumət təşkilatlarının fayllarından toplanmış kompüter məlumat bazalarının hazırlanması ilə məşğuldur[6].

Radiasiyaya məruz qalma[redaktə | mənbəni redaktə et]

ABŞ Milli Tibb Kitabxanasının Radiasiya Fövqəladə İdarəetmə Sistemi[7] təmin edir:

  • Radioloji və nüvə fövqəladə hallar zamanı radiasiya zədəsinin klinik diaqnostikası və müalicəsi ilə bağlı səhiyyə təminatçıları üçün təlimat;
  • Mürəkkəb məsələləri formal radiasiya təbabəti təcrübəsi olmayanlar üçün kifayət qədər fon və kontekstlə vaxtında, sübuta əsaslanan, lazımlı məlumat;
  • Fövqəladə vəziyyət zamanı İnternet olmasa, əvvəlcədən endirilə bilən veb-əsaslı məlumat əlçatan olardı.

Milli Biotexnoloji Məlumat Mərkəz bölməsi[redaktə | mənbəni redaktə et]

Milli Biotexnoloji Məlumat Mərkəzi molekulyar biologiya üzrə ictimai məlumat bazaları yaradan, hesablama biologiyası üzrə tədqiqatlar aparan, molekulyar və genomik məlumatların təhlili üçün proqram alətləri hazırlayan və proseslərin daha yaxşı başa düşülməsi üçün biotibbi məlumatı yayan Milli Tibb Kitabxanasının daxili bölməsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Geographic Names Information System (ing.).
  2. 1 2 GeoNames (ing.). 2005.
  3. Google Maps. 2005.
  4. libraries.org (ing.): A directory of libraries throughout the world.
  5. "NCBI Educational Resources". United States National Library of Medicine. April 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2013.
  6. "Toxicology and Environmental Health Program Arxivləşdirilib 2018-03-12 at the Wayback Machine". National Library of Medicine. Retrieved July 11, 2007.
  7. "Radiation Emergency Management System Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine". National Library of Medicine.