Aşkelon — Vikipediya

Şəhər
Aşkelon/Əsqəlan
ivr.אַשְׁקְלוֹן‏‎, ərəb. عسقلان
Bayraq
Bayraq Gerb
31°40′ şm. e. 34°34′ ş. u.
Ölkə  İsrail
Bölgə [[İsrail cənub dairəsi]]
Mer İtamar Şimoni
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 950
İlk məlumat XX əsr
Sahəsi 47 km²
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 130 660 nəfər (2015)
Sıxlığı 2 780 nəf./km²
Milli tərkibi Yəhudilər - 88.4%
Rəsmi dili İvrit dili|İvrit
Rəqəmsal identifikatorlar
Telefon kodu +972[1]
Poçt indeksi 78***[2]
Digər
www.ashkelon.muni.il
Xəritəni göstər/gizlə
Aşkelon/Əsqəlan xəritədə
Aşkelon/Əsqəlan
Aşkelon/Əsqəlan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Aşkelon(ivr.אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri.

Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Romaxristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225). Xəlifə Ömər, Kayseriyyəni fəth edən Suriya valisi Müaviyəyə yazdığı məktubda Fələstinin geri qalan yerlərinin fəthinə davam etməsini əmr etmişdir. Bu əmir üzərinə Müaviyə 640-cı ildə Askalanı fəth etdi və oraya əsgəri birliklər yerləşdirdi. Digər bəzi rəvayətlərdə isə Əmr ibn Asın daha öncə buranı fəth etmiş olduğu, ancaq Askalan əhalisinin rumların (Bizanslılar) onlara yardım etmələri üzərinə aparılan andlaşmanı pozmuş olduqları və Müaviyənin buranı Xəlifə Ömərin vəfat etdiyi 644-cü ildə yenidən fəth etdiyi bildirilir. Xəlifə Ömər və Xəlifə Osman Əsqalanı bəzi kimsələrə iqta etmişdilər. Rumlar Abdullah b. Zübeyr zamanında Əsqalanı yıxdılar və xalqını da oradan çıxardılar. Əbdülməlik b. Mərvan xəlifə olunca şəhəri yenidən inşa və təhkim etdi; ayrıca buraya bir çox insan yerləşdirərək onlara torpaq iqta etdi. Abbasi xəlifəsi Mehdinin 772-ci ildə burada bir məscid və minarə tikdirdi, qazılarda olan kitabələrdən anlaşılır.

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Erkən dövrdə şəhər əsasən mizrahi yəhudiləri tərəfindən məskunlaşmışdır. Hazırda da əhalinin əksər hissəsini mizrahi yəhudiləri təşkil edir. 1950-ci ilin əvvəllərində çox sayda Cənubi Afrika yəhudiləri Aşkelon şəhərində məskunlaşmışdır. Bu hadisədən sonra Britaniya yəhudilərinin də immiqrasiyası başlamışdır. Efiopiya və Rusiya yəhudilərinin köçü isə 1990-cı illərin əvvəlində başlamışdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Şəhərdə 19 ibtidai, 9 orta-ixtisas və ali təhsil məktəbi yerləşir. Burada yerləşən Aşkelon Akademik Kolleci 1998-ci ildə açılmışdır və hazırda bu təhsil ocağında minlərlə tələbə təhsil alır. Aşkelon şəhərində Harvard Universitetinin arxeoloji yay məktəbi fəaliyyət göstərir.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. с 2010 года в Израиле практически невозможно определить принадлежность номера телефона к определённому району или поставщику связи
  2. используется так же новый индекс состоящий из 7 цифр. 78*****

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]