Aşiqlər (film, 2008) — Vikipediya

Aşiqlər
Fayl:Aşiqlər (film, 2008).jpg
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Rafiq Dadaşov
Əsərin müəllifi Azad Qaradərəli
Ssenari müəllifləri Camal Yusifzadə
Azad Qaradərəli
Baş rollarda Vaqif Şərifov
Elşən Rüstəmov
Şövqi Hüseynov
Vüqar Məmmədəliyev
Operator Adil Abbasov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 2008
Filmin növü qısametrajlı sənədli-bədii televiziya filmi
Müddət 43 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Rəng rəngli (ağ-qara kadrlarla)

Aşiqlər qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bədii-sənədli estetika əsasında çəkilən film QarabağınAzərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Bədii səhnələrdə əsas rolları Vaqif Şərifov, Elşən Rüstəmov, Şövqi HüseynovVüqar Məmmədəliyev ifa edirlər

Məzmun[redaktə | mənbəni redaktə et]

Bədii-sənədli estetika əsasında çəkilən film QarabağınAzərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Öz dövrlərinin nüfuzlu şair və ictimai xadimi olan bu 3 şəxsiyyət rus və sovet imperiyaları vaxtında təqib və repressiyaya məruz qalmışdır.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmin ssenarisi Azad Qaradərəlinin "Aşiqlər" kitabının motivləri əsasında yazılmışdır.

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Azad Qaradərəli
Ssenari müəllifi: Camal Yusifzadə, Azad Qaradərəli
Rejissor: Rafiq Dadaşov
Operator: Adil Abbasov

Rollarda[redaktə | mənbəni redaktə et]

Vaqif ŞərifovFeyzulla Qasımzadə
Elşən Rüstəmov — Xosrov bəy Cavanşir
Şövqi Hüseynov — NKVD işçisi
Vüqar Məmmədəliyev — yalançı şahid
Elrada Ələkbərova — Xosrovun sevgilisi
Sadiq Bayramov

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2008-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı