Aşağı Qılıçbağ — Vikipediya
Aşağı Qılıçbağ | |
---|---|
39°56′31″ şm. e. 46°49′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 525 m |
Saat qurşağı | |
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.[1]
Kənd 1826–1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir.[2] 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Toponimin Qılınc şəxs adından və bağ sözündən ibarət olub, "Qılınca məxsus bağ" mənasını bildirməsi ehtimal olunur. Oykonimin birinci komponenti kəndin coğrafi movqeyi ilə bağlıdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır.[4] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aşağı Qılıçbağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Полное собрание русских летописей. т. VII, Л.1926, с.18
- ↑ Aşağı Qılıçbağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |