Aşağı Bavariya — Vikipediya

Aşağı Bavariya
Bayraq Gerb
Bayraq Gerb

48°32′15″ şm. e. 12°09′24″ ş. u.


Ölkə
İnzibati mərkəz Landshut
Tarixi və coğrafiyası
Sahəsi
  • 10.329,87 km²[1]
Hündürlük
320 m[1]
Əhalisi
Əhalisi
  • 1.181.472 nəf. (3 yanvar 2014)[1]
Rəsmi sayt
Aşağı Bavariya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Aşağı Bavariya (alm. Niederbayern‎, ing. Lower Bavaria) — Bavariya vilayətinin şərqində yerləşən inzibati dairə. Landshut şəhəri Aşağı Bavariyanın inzibati mərkəzidir. Almaniyanın Müstəqil Bavariya Freistaat Bayern əyalətinin yeddi inzibati dairəsindən biridir.

Aşağı Bavariya ölkənin şərqində yerləşir və şimalda Yuxarı Pfaltz, şimal-şərqdə Çex Respublikası ( Cənibi Çexiya Diyarı, Pızen Diyarı), cənub-şərqdə Yuxarı Avstriya (Innviertel, Mühlviertel ) və cənub-qərbdə Yuxarı Bavariya ilə həmsərhəddir. “Aşağı Bavariya” ifadəsi ilk dəfə 1255-ci ildə Bavariya dövlətinin bölünməsi ilə ortaya çıxmışdır. Aşağı Bavariya əvvəlcə daha böyük idi: O dövrdə XiemgauBad Reixenhall bölgəsi də onun bir hissəsi idi.

Aşağı Bavariyanın adı Dunay üzərindəki nisbi mövqeyindən (Yuxarı Bavariyadan aşağı) qaynaqlanır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Aşağı Bavariyanın inzibati dairəsi üç özünü müstəqil idarəetməyə malik olan şəhər və doqquz səhərətrafı regiondan ibarətdir: Müstəqil idarə olunan şəhərlər

  • Landshut
  • Passau
  • Ştraubing

Şəhərlərətrafi regionlar

  • Region Deggendorf
  • Region Dingolfing-Landau
  • Region Frayung-Grafenau
  • Region Kelhaym
  • Region Landshut
  • Region Passau
  • Region Regen
  • Region Rottal-Inn
  • Region Ştraubing-Bogen

Əhalisi[redaktə | mənbəni redaktə et]

Tarixi əhali
İlƏh.±% i.a.
1900 678,192—    
1910 724,331+0.66%
1939 755,98+0.15%
1950 1,041,333—    
1960 927,399—    
1970 977,166+0.52%
1980 998,192+0.21%
İlƏh.±% i.a.
1990 1,078,110—    
2000 1,176,206—    
2005 1,196,923—    
2010 1,189,701—    
2015 1,212,119—    
2019 1,244,169—    

Aşağı Bavariyanın böyük şəhərləri[redaktə | mənbəni redaktə et]

Bavariya Dövlət Statistika və Məlumat İşləmə İdarəsinin məlumatına görə 31 dekabr 2019-cu il tarixinə qədər Aşağı Bavariyanın ən böyük şəhərləri Şablon:EWD:[2]

Yer Şəhər Region Əhali Şəkil
1. Landshut Müstəqil idarə olunan şəhər 73.411
2. Passau Müstəqil idarə olunan şəhər 52.803
3. Ştraubing Müstəqil idarə olunan şəhər 47.791
4. Deggendorf Region Deggendorf 33.721
5. Dingolfing Region Dingolfing-Landau 19.985
6. Kelhaym Region Kelheim 16.842
7. Filshofen an der Donau Region Passau 16.758
8. Poking Region Passau 16.041
9. Mainburg Region Kelheim 15.163
10. Neuştadt a.d.Donau Region Kelhaym 14.604

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Bölgənin Ümumi Daxili Məhsulu (ÜDM) 2018-ci ildə Alman iqtisadi məhsulunun 1,4% -ni təşkil edən 48,5 milyard Avro idi. Alıcılıq qabiliyyəti üçün düzəldilmiş adambaşına düşən ÜDM, 36.100 € və ya eyni ildə AB27 ortalamasının 120%-i idi. Bir işçiyə düşən ÜDM, AB ortalamasının 100% -i idi.[3]

Əsas görməli yerlər[redaktə | mənbəni redaktə et]

Keçmiş herzoq yaşayış yerləri LandshutŞtraubing və barok episkop şəhər Passau yanında, BefrayungshalleWeltenburg Abbey ilə Kelhaym şəhəri əsas turistik yerlərə aiddir. Mənzərəli turistik yerlərə Weltenburqdakı Donaudurxbrux və Böyük Arber dağı ilə Bavariya Meşəsi daxil olmaqla Dunay çayı aiddir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Aşağı Bavariya Hersoqluğu ilk dəfə 1255-ci ildə knyaz Henri tərəfindən yaradıldı, lakin o zaman mövcud ərazi ilə indiki ərazi arasında heç bir əlaqə yox idi. 1340-cı ildə birləşdikdən sonra, 1349-cu ildə Bavariya yenidən bölündü, daha sonra 1353-cü ildə Aşağı Bavariyada Bavariya-Ştraubing və Bavariya-Landshut yaradıldı. 1505-ci ildə Bavariya həmişəlik birləşdirildi.[4]

İnzibati məqsədlər üçün Bavariya müxtləlif İdarəetmə (Rentämter) (çoxluq Rentämter,tək Rentamt) əyalətlərə bölündü. Aşağı Bavariya, Rentamt Landshut və Rentamt Ştraubingdən ibarət idi. 1805-ci ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra Bavariya Krallığı tamamilə yenidən formalaşdı və 1808-ci ildə 15 inzibati bölgəyə bölündü (alm. ‎cəm Regierungsbezirke tək Regierungsbezirk).

Bu ərazilər, hətta sayları və əhalisi baxımından Fransız üslubda yaradıldı və əsas çaylarının adlarını aldılar. Sonrakı illərdə ərazi dəyişiklikləri (məsələn, Tirolun itkisi [İtaliya və Avstriyaya], Pfaltzın əlavə edilməsi) səbəbindən bölgələrin sayı 8-ə endirildi.Bunlardan biri Aşağı Dunay Bölgəsi idi. 1837-ci ildə Bavariya Kralı I Lüdviq Bölgələrin adlarını tarixi ərazi adları ilə dəyişdirdi. Bura həm də sərhəd dəyişikliyi və ya ərazi mübadiləsi daxildir. Beləliklə Aşağı Dunay Bölgəsi, Aşağı Bavariyaya çevrildi. Əyalət paytaxtı Passaudan Isarkraisdan əlavə edilən Landshuta köçürüldü.

1 aprel 1932-ci ildə Aşağı Bavariya, Yuxarı Pfalts və Regensburg inzibati bölgələri, dövlət sadələşdirmə proqramı çərçivəsində Aşağı Bavariya və Yuxarı Pfalts regionu adi altinda Regensburq mərkəz olmaqla birləşdirildi. 1939-cu ildə Aşağı Bavariya-Yuxarı Pfaltz inzibati bölgəsi 1938-ci ildə Münhen müqaviləsinə qədər Çexoslovakiyaya aid olan ərazilər, 1945-ci ildə yenidən ayrılan Bergraixştain, Markt Ayzenştayn və Praxatitz bölgələrini əhatə edərək genişləndirildi. 1946-cı il Bavariya Konstitusiyasının (BV) qüvvəyə minməsi ilə inzibati bölgələr Maddə 185-ə görə 1932/33-cü illərdən əvvəl bərpa edildi.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 GeoNames (ing.). 2005.
  2. Bayerisches Landesamt für Statistik und Datenverarbeitung: Genesis – Online Datenbank: Bevölkerung: Gemeinden, Stichtage (letzten 6) Arxivləşdirilib 2019-04-19 at the Wayback Machine. Online auf www.statistikdaten.bayern.de, abgerufen am 14. Januar 2021.
  3. "Regional GDP per capita ranged from 30% to 263% of the EU average in 2018". Eurostat. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
  4. Ursula Pfistermeister. Niederbayern Landschaft, Kunst, Brauchtum. Verlag Freidrich Pustet. 1986. ISBN 3-7917-1013-3.
  5. "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.