Aşıq Hacı Göyçəli — Vikipediya

Aşıq Hacı Göyçəli
Hacı Abbas oğlu Bayramov
Təxəllüsü Göyçəli
Doğum tarixi 22 iyun 1931(1931-06-22)
Doğum yeri
Vəfat tarixi 22 may 2011(2011-05-22) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]
Fəaliyyəti şair, aşıq, musiqiçi

Hacı Abbas oğlu Bayramov (22 iyun 1931, Daşkənd, Basarkeçər rayonu22 may 2011, Çənlibel, Şəmkir rayonu) — Azərbaycanlı aşıq və şair.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aşıq Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan оlub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird оlmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında şəyirdlik etmişdir[2].

1947-1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir.[3]

1951-1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqоyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir[4].

Aşıq Hacı 1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür.

1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüsеyn" dastanını söyləmişlər və hər iki dastanın lеnt yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir.

1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə sеçilmişdir.

Aşıq Hacı 1991-ci ildə Almaniyaya qastrol səfərinə gеtmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan folklorunu, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.

Aşıq Hacı 1992-ci il 24-30-u oktyabrda Türkiyənin Konya şəhərində Ümumtürk aşıqlar müsabiqəsində iştirak etmiş və qızıl medala layiq görülmüşdür.

1988-ci ildə erməni təcavüzünə məruz qalan azərbaycanlılar Qərbi Azərbaycandan, eləcə də Göyçədən vəhşicəsinə sıxışdırılıb çıxarıldığı vaхt Aşıq Hacı da Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.

Aşıq Hacı Göyçəli Koroğlu (film, 2003) filmində iştirak etmiş və rollarda aparıcı aşıq kimi çəkilmişdir. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir.

Filmdə həmçinin sənədli kadrlardan və aşıq deyimlərindən də istifadə olunmuşdur.

Aşıq Hacı Göyçəli 22 may 2011-ci ildə 79 yaşında Şəmkir rayonunun Çənlibel kəndində vəfat etmişdir.[5]

Şəkildə soldan Aşıq Hacı Göyçəli və Aşıq İsgəndər Ağbabalı

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Mənim sazlı, sözlü dünyam". Bakı, "Zərdabi LTD" MMC, 2008. 168 səh. 500 tiraj.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
  2. Aşıq Musiqisi Antalogiyası Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine (ing.)
  3. Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı: 2008
  4. [1] Arxivləşdirilib 2021-11-23 at the Wayback Machine (az.)
  5. Araz Yaquboğlu. Aşıq Hacı da köçdü. Bütöv Azərbaycan qəzeti. 2011

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]