Ağarza Quliyev. Kino tarixində imzası olan... (film, 2013) — Vikipediya

Ağarza Quliyev. Kino tarixində imzası olan...
Ağarza Quliyev. Kino tarixində imzası olan...
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Elvin Vəlimətov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 12 noyabr 2013
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 34 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2013
Rəng rəngli

Ağarza Quliyev. Kino tarixində imzası olan... qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlər əks etdirilir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir.

Ağarza Quliyev 1927–ci ildə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.[1]

Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlərə yer verilmişdir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Müəllif: Yaqub Əlioğlu
Rejissor: Elvin Vəlimətov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağarza Quliyev". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2013-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı